“Avropa ABŞ-ın icazəsi olmadan bir addım belə ata bilmir“
Tarix: 26.01.2020 | Saat: 13:00:00 | E-mail | Çapa göndər



Bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Almaniyanın “Der Şpiqel” jurnalına verdiyi müsahibədə deyib.


“Rəsmi Tehran ABŞ ilə dialoqu istisna etmir. Danışıqlar masasını İran yox, ABŞ tərk edib”. Bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Almaniyanın “Der Şpiqel” jurnalına verdiyi müsahibədə deyib.
M.C.Zərif bildirib: “İran üçün Ağ Evdə kimin oturacağı vacib deyil. Vacib olan odur ki, sanksiyalar aradan qaldırılsın və danışıqlar prosesi bərpa olunsun”.
İranın xarici işlər naziri Almaniya, Fransa və Böyük Britaniyanı tənqid atəşinə tutaraq deyib:
“Bu dövlətlər ABŞ-ın icazəsi olmadan bir addım belə ata bilmirlər. Avropa dövlətləri prezident Donald Trampın yeni sanksiyalarına qoşulmayacaqlarını bəyan etdilər və İran ilə ticarət əlaqələrini davam etdirmək üçün xüsusi ödəmə mexanizmi yaratdılar. Lakin bu günə kimi həmin mexanizmdən istifadə etmədi və İranala maliyyə əməliyyatı aparmadılar. Buna ABŞ icazə vermir. Avropa öz maraqlarını və qürurunu ABŞ-a qurban verir.
Amma ABŞ-ın hədələrinə baxmayaraq, sanksiyalar qaldırılmayana qədər İran nüvə proqramını davam etdirəcək. Yalnız sanksiyalar aradan qaldırılsa, İran nüvə proqramını dayandıra bilər.
İranın “Nüvə silahının yayılmaması” haqqında sazişdən çıxması rəsmi Tehranın nüvə silahı yaratmaq istəyilə bağlı deyil”.




 
Bölməyə aid digər xəbərlər
07.04.2020
Ermənistanın fəlakətdən qaçması mümkün deyil
07.04.2020
Əfv Sərəncamı Prezidentin vətəndaşa diqqət və qayğısının daha bir nümunəsidir
07.04.2020
Dövlət başçısı humanist addım ataraq bizə azadlıq bəxş etdi
07.04.2020
Prezidentin əfv sərəncamı dövlətimizin humanizm siyasətini göstərdi və sevinclə qarşılandı
07.04.2020
Azərbaycanda nə baş verir – Müqayisə

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info