Sahibkarlar üçün biznes tərəfdaşlığına dair təlim keçirilib
Tarix: 26.01.2020 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkar və menecerlər üçün “Beynəlxalq ticarətdə bazar araşdırması və biznes tərəfdaşlığı” mövzusunda növbəti təlim təşkil edib.
KOBİA-dan verilən məlumaat görə, tədbirin məqsədi sahibkarların, xüsusilə bu ilin fevral-mart aylarında Almaniya-Azərbaycan Birgə Proqramı çərçivəsində Almaniyanın Münhen şəhərində ixtisasartırma kursu və təcrübə keçəcək sahibkar və menecerlərin ixrac sahəsində məlumatlandırılmasıdır.
Təlimdə “My Broker” MMC-nin əməkdaşları sahibkarlara ixrac sahəsində əlaqələrin genişləndirilməsi, yeni satış bazarlarının tapılması, elektron ticarət, biznes tərəfdaşlığı barədə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.
Beynəlxalq ticarət, bazar araşdırmaları və ixracla bağlı sahibkarların marağı və müraciətləri nəzərə alınaraq 2020-ci il ərzində KOBİA tərəfindən bu sahədə müxtəlif formatlı tədbirlərin keçirilməsi nəzərdə tutulur. Tədbirlər barədə ətraflı məlumatı KOBİA-nın internet saytındakı “Tədbirlər təqvimi” bölməsindən əldə etmək olar (http://smb.gov.az/events).




 
Bölməyə aid digər xəbərlər
25.02.2020
Xocalı soyqırımının ildönümü Qazaxıstanın Atırau Universitetində qeyd olunub
25.02.2020
Türkiyə Prezidenti: Biz Azərbaycanın uğurları ilə fəxr edirik
25.02.2020
Prezident İlham Əliyev: Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək
25.02.2020
Prezident: Azərbaycan və Türkiyə arasında əlaqələr strateji xarakter daşıyır, dostluq-qardaşlıq üzərində qurulub
25.02.2020
Prezident İlham Əliyev: Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
4 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”
5 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info