Əli Kərimli - Radikal sözünün sinonimi
Tarix: 26.01.2020 | Saat: 21:04:00 | E-mail | Çapa göndər


Nə məsələdirsə, radikal sözünü eşidən, duyan kimi ağla ilk gələn Kərimov Əli olur. Amma adını belə çağıranda əsəbiləşir, daha da aqressivləşir. Onsuz da hər halı əsəb, hər halı aqressiya, hər halı kin-küdurətdir. Ona görə əlavə yük olmayaq, elə biz də Əli Kərimli deyək. O Əli Kərimli ki, fəaliyyətini ancaq neqativlər üzərində qurub. Gördüyü isə ancaq qara rəngdir. Sanki 90-cı illərin eyforiyasından hələ də qurtula bilməyib, evində isə LCD ekran əvəzinə, ancaq ağ-qara televizora baxır, kanalları kəlbətinlə dəyişir...

İnanmırsınızsa, gəlin bir az daha dərinə gedək. Sual edirəm, indiyədək Əli Kərimlinin ağzından kimsə xoş, pozitiv bir şey eşidibmi, bəlkə kimsə onun Azərbaycan dövlətinin, xalqının namına yaxşı bir fikir söylədiyini, obyektiv bir ideya, təklif səsləndirdiyini eşidib?! Ancaq qərəz, kin, aqressiya... Özü də ümumi "siyasi" fəaliyyətini ancaq konkret istiqamətlər üzrə qurub.

Bunlar hansılardır? Birincisi, ölkədə baş verən neqativ hadisələr - fərq etməz, bu, təbii hadisədir, yoxsa hər hansı bir qəzayi-bəla. O saat açır "Facebook"u, başlayır moizəyə. Ardınca da trol komandasına əmr edir ki, "layk"layın.

İkincisi, ölkə əhəmiyyətli hər hansı bir yaxşı hadisə baş verən kimi Əli Kərimlidə dərhal onu gözdən salmaq istəyi baş qaldırır. Yenə də ağzına və əlinə gələnləri yazıb və ya Sevincin (S.Osmanqızı) kanalında danışıb insanların ikrahını qazanır.

Üçüncü əsas istiqamət isə anti-Azərbaycan dairələrin, erməni lobbisinin dəyirmanına dən tökməkdir. Elə ki, erməni lobbisinin birbaşa diqtəsi və təsiri ilə adını beynəlxalq təşkilat qoyan bir qurum Azərbaycan əleyhinə hər hansı bir neqativ, qərəzli fikir və ya bəyanat səsləndirdi, pah atonnan, bununla da Əli Kərimlinin gözlərinə işıq gəlir. O saat başlayır onu təqdir etməyə və bunun fonunda Azərbaycanı ləkələməyə...

Bu adamın digər bir fəaliyyət istiqaməti də istənilən məsələdə Azərbaycanı Ermənistanla müqayisə etməkdir. Hər vəchlə korrupsiya, anti-demokratiya girdabında boğulan Ermənistanı yüksəltməyə, sürətlə inkişaf edən, demokratik inkişaf yolunda ciddi əməli addımlar atan Azərbaycanı isə aşağılamağa çalışır. Halbuki, dedikləri həqiqət olsa belə heç bir siyasətçi, heç bir müxalifətçi öz ölkəsini düşmən ölkə ilə müqayisədə aşağılamamalıdır. Əksinə, öz dövlətinin, millətinin təəssübünü çəkməlidir. Əgər başda Əli Kərimli olmaqla, radikal müxalifət təmsilçiləri bir tək bunu dərk etsəydilər, onda hər şey fərqli olardı. Azərbaycanda sağlam müxalifət, tənqid və siyasi mübarizə mühiti olardı.

Bu sadalanan istiqamətlər üzrə onlarla misal, fakt göstərmək olar. Amma artıq gərək yoxdur. Çünki hər kəs bu deyilənlərin aksioma olduğunu, yəni isbata ehtiyacı olmadığını bilir.

Sonda hər zaman maraqlı olan bir məsələyə toxunmaq istərdim. Görəsən, Mark Zukerberq "Facebook"u yaratmasaydı, Kərimov Əli, yox ey, Əli Kərimli ürəyini hara boşaldardı?..




 
Bölməyə aid digər xəbərlər
25.02.2020
Xocalı soyqırımının ildönümü Qazaxıstanın Atırau Universitetində qeyd olunub
25.02.2020
Türkiyə Prezidenti: Biz Azərbaycanın uğurları ilə fəxr edirik
25.02.2020
Prezident İlham Əliyev: Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək
25.02.2020
Prezident: Azərbaycan və Türkiyə arasında əlaqələr strateji xarakter daşıyır, dostluq-qardaşlıq üzərində qurulub
25.02.2020
Prezident İlham Əliyev: Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
4 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”
5 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info