Özbəkistan mətbuatında Mehriban Əliyeva haqqında məqalə yayımlanıb
Tarix: 27.01.2020 | Saat: 10:36:00 | E-mail | Çapa göndər


Özbəkistan mətbuatında Azərbaycanın Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovun Birinci vitse-prezident Mehriban Əliyeva haqqında məqaləsi yayımlanıb. Özbəkistan mediası tərəfindən böyük maraqla qarşılanan və geniş şəkildə tirajlanan bu məqalə Birinci vitse-prezident Mehriban xanım Əliyeva haqqında qələmə alınmış ən gözəl və səmimi yazılardan biridir.
Xatırladaq ki, Prezidentin köməkçisi Anar Ələkbərovun qələmə aldığı bu məqalə təkcə Azərbaycanda deyil dünyanın bir çox yerində ictimaiyyətin və medianın da böyük marağına səbəb olmuşdu.
Özbəkistan Respublikasının nüfuzlu “İnterpress.uz” xəbər saytında yer alan məqalədə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında yazılan faktlar Şərq dünyasında qadına verilmiş böyük əhəmiyyətin bariz təcəssümüdür. Belə ki, məqalədə sahib olduğu yüksək insani keyfiyyətləri, qadın zərifliyini, qadın gözəlliyini özündə ən ali şəkildə təcəssüm etdirən Mehriban xanım Əliyevanın bu cür gözəl xüsusiyyətləri mistik bir ifadə tərzi ilə belə qeyd edilib: “Şərqdə insan anadan olarkən ona xüsusi ad vermək ənənə halını alıb. Bunun bütün insan taleyinə təsir edəcəyinə və ya əvvəlcədən müəyyənləşdirəcəyinə ümid edilir. Bu ənənənin real həyatda özünü nə dərəcədə doğrultduğunu bilməsəm də, məhz Mehriban Əliyeva ilə tanışlıq həmin adətin mahiyyətinə inanmağa vadar edir. Bu məqalə adı müasir tarixə təkcə məqsədyönlü və nümunəvi rəhbər kimi deyil, həm də əsl Şərq gözəlliyini təcəssüm etdirən zərif və nəzakətli qadın kimi düşən məhz bu insana, qeyri-adi şəxsiyyətə hörmət və ehtiram əlaməti olaraq həsr edilir”.
Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək mətbuatında dərc olunan, habelə özbək dilinə tərcümə olunan məqalədə Mehriban xanım Əliyevanın işgüzar qadın obrazı da öz əksini tapıb. Belə ki, təkcə öz ölkəsində deyil, dünyanın bir çox ölkələrində mühüm ictimai vəzifə daşıyan Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun xoşməramlı səfiri və İSESKO-nun ilk qadın xoşməramlı səfiri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi geniş spektorlu fəaliyyəti ilə təkcə Şərqdə yox bütün dünyanın diqqət və pərəstişində olan lider qadınlarından biridir.
Məqalədə qeyd olunur ki, Mehriban Əliyeva eyni zamanda ailə ocağının qoruyucusu, qayğıkeş övlad, həyat yoldaşı, ana və nənədir. Hər birimizə aydındır ki, Mehriban Əliyeva ölkənin birinci xanımı olmaqla, yanaşı Şərq qadınına xas olan mətanət və sədaqətlə öz həyat yoldaşı olan Prezident İlham Əliyevlə çiyin-çiyinə böyük bir məsuliyyətin altına girərək ölkəsinin problemləri ilə yaxından ilgilənir, cəmiyyətin, dövlətin inkişafına öz əhəmiyyətli töhfələrini verməkdədir.
Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov mətbuata bildirib ki, Mehriban xanım Əliyevanın həyat və fəaliyyətinə qardaş ölkədə maraq daim böyük olub, Özbəkistanın aparıcı media qurumları bu mövzuya daha geniş maraq göstərirlər.
Məqalənin sonunda qeyd olunur ki, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verilən ilk ölkədir.
İndi isə, demək olar, yüz il sonra bizim birinci xanımımızın simasında Odlar Yurdu dünyaya yeni obraz təqdim edir. Əbəs yerə deyil ki, Qərbin kütləvi informasiya vasitələrində dəfələrlə belə bir fikir bildirilib ki, xüsusilə postsovet məkanında birinci xanım institutunun əhəmiyyəti və rolunun aktivləşməsi bir çox halda Mehriban Əliyevanın sayəsində baş verdi.
“Hər bir azərbaycanlı müasir Azərbaycanın simvolu, xeyir və ümid mücəssəməsi olan öz birinci xanımı ilə fəxr etməkdə haqlıdır”- deyə məqalədə vurğulanır.
Bəli, bu danılmaz bir həqiqətdir ki, bu gün Azərbaycan xalqı belə ali dəyərlərə malik olan və sözün əsl mənasında birinci xanımı ilə fəxr etməkdədir.
Ölkənin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva yuxarıda qeyd olunan bu cür müsbət məziyyətləri ilə demək olar ki, bütün dünyanın maraq göstərdiyi nümunəvi lider qadındır.
Məqalənin tam mətni ilə https://interpress.uz/archives/11284 linkində tanış olmaq mümkündür.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
29.11.2020
Nigeriyada terrorçular 70 fermeri öldürüb
29.11.2020
Fransada aksiyalar zamanı 62 polis əməkdaşı yaralanıb
29.11.2020
İranda gün ərzində 389 nəfər koronavirusdan ölüb
29.11.2020
Türkiyə Möhsün Fəxrizadənin öldürülməsini qınadı
29.11.2020
“İranın daha bir aliminə qarşı terror aktı törədiblər”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
2 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
3 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
4 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
5 “Ezo gəlin” şorbası necə bişirilir?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info