“Apple” kompüterlərini yoluxduran virus
Tarix: 27.01.2020 | Saat: 10:39:00 | E-mail | Çapa göndər


"Kasperski laboratoriyası" antivirus şirkəti 2019-cu ildə "macOS" əməliyyat sisteminin istifadəçiləri arasında ən çox yayılan təhlükəni açıqlayıb. O, dünyada hər onuncu "Apple" kompüterini yoluxduran "Shlayer" reklam troyanıdır.
"Vesti" resursu yazır ki, ötən ilin yekunları üzrə "macOS" qurğularına hücumların 29 faizi "Shlayer" virusunun payına düşüb. Onun ən çox qurbanları ABŞ (31 faiz), Almaniya (14 faiz), eləcə də Fransa və İngiltərə (hərəyə 10 faiz) istifadəçiləri olub.
Zərərli proqram təminatı "Wikipedia" və "YouTube" kimi çoxmilyonluq auditoriyaya malik minlərlə qanuni saytlar vasitəsilə yayılıb. Böyük onlayn ensiklopediyada zərərli sayt ünvanına keçid məqalələr arasında qeydlərdə, "YouTube"da isə videonun təsvirində gizlənib.
İstifadəçi zərərli sayt ünvanına keçid etdikdən və saxta əlavəni (məsələn, Adobe Flash Player üçün yenilənmə şəklində) quraşdırdıqdan sonra onun kompüterinə "Shlayer" virusunun növlərindən biri yüklənir. O, öz növbəsində brauzeri reklamla doldurur, eləcə də axtarış nəticələrini saxtalaşdıran müxtəlif proqramları quraşdırır.
Bildirilir ki, zərərli proqram təminatının ilk nümunələri mütəxəssislər tərəfindən 2018-ci ilin fevralında aşkarlanıb. "Shlayer" virusu ilk dəfə aşkar edildikdən sonra ötən müddət ərzində onun iş alqoritmi dəyişməz qalıb, aktivliyi isə azalmayıb: hazırda "Shlayer" viruslarının sayı onun aşkarlandığı ilk aylardakı kimi eyni səviyyədədir.




 
Bölməyə aid digər xəbərlər
25.02.2020
Dünyada ən yaşlı kişi dünyasını dəyişib
25.02.2020
İtaliyanın məşhur geyim firması fabriklərini bağladı
25.02.2020
Çində vəhşi heyvanların yeyilməsi qadağan edildi
24.02.2020
Bu qadının elədiyi kişiləri də mat qoydu - VİDEO
23.02.2020
“Green Card”a ümid edənlərə pis xəbər

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
4 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”
5 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info