Çində koronavirusa yoluxanların sayı 2762 nəfərə çatıb
Tarix: 27.01.2020 | Saat: 10:49:00 | E-mail | Çapa göndər


Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 2762 nəfərə, bu virus səbəbindən ölənlərin sayı isə 80-ə çatıb.
Bu barədə Çin Dövlət Səhiyyə Komissiyası məlumat yayıb. İndiyədək 49 nəfər sağalaraq xəstəxananı tərk edib. Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı isə 5794 nəfərə çatıb. Xəstələrlə yaxın ünsiyyətdə olmuş 30 mindən çox adam tibbi nəzarətə götürülüb. Ölüm hallarının 76-sı virusun aşkarlandığı və ən çox yayıldığı (1423 nəfər) Xubey vilayətində qeydə alınıb.
Mer Cou Sianvan karantin elan olunanadək təxminən 5 milyon sakinin Uxan şəhərini tərk etdiyini bildirib.
Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal və Kanadada ümumilikdə 37 nəfərin bu virusa yoluxması təsdiqlənib. Həmin xəstələrin əsas hissəsi ya Uxan sakinləri, ya da bu yaxınlarda Uxanda səfərdə olanlardır.
Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Gebreyesus koronavirusla mübarizəyə dəstək məqsədilə Pekinə səfərə gələcəyini açıqlayıb.
Qeyd edək ki, koronaviruslar sətəlcəmdən tutmuş Orta Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.




 
Bölməyə aid digər xəbərlər
05.08.2020
Koronavirusun ikinci dalğası Fransanı da gözləyir
05.08.2020
Beyrutda partlayışda ölənlərin sayı 135-ə çatıb - YENİLƏNİB
05.08.2020
Terror tәşkilatı YPG/PKK Deyrizorda hücum törәtdi
05.08.2020
ABŞ-da son gündə 57 mindən çox yoluxma qeydə alınıb
05.08.2020
Beyrutdakı partlayışda ölən ermənilərin sayı artıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11583

1 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq
2 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
3 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
4 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
5 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info