“İrəli” gəncləri Trabzonda keçirilən mübadilə proqramında iştirak edir
Tarix: 27.01.2020 | Saat: 13:28:00 | E-mail | Çapa göndər


"İrəli” İctimai Birliyi gənclərin sosial sahədə fəallığının, beynəlxalq layihələrdə iştirakla bağlı təcrübələrinin artırılması, onların beynəlxalq proqramlar, layihələr haqqında daha geniş məlumat əldə etməsi üçün beynəlxalq qurumlarla uğurlu əməkdaşlıqlar yaradır.
Birliyin Türkiyənin “FuturEurope” təşkilatı ilə tərəfdaşlığı nəticəsində gənc fəalları, birliyə üzv olan gənclər davamlı olaraq Türkiyənin Trabzon şəhərində keçirilən mübadilə proqramında (Revival of Cultural Arts )iştirak edir.
Layihənin mövzusu müasirləşən dünyada qədim incəsənət mədəniyyəti nümunlərinin öz tarixiliyini qoruyub saxlamasına dəstək olmaq, qədim bir tarixə dayanan yorğançılıq, xalçaçılıq, dulusçuluq, zərgərlik kimi əmək nümunələrinin yaddan çıxmaması, bu sənətlərin müasir dövrdə də yaşamasına nail olmaqdır. Layihə çərçivəsində yerli nümayəndələr ilə görüşlər, müvafiq mövzuda seminarlar, diskusiyalar, ekskursiyalar təşkil olunub.
“İrəli” İctimai Birliyinin beynəlxalq tərəfdaşlığının uğuru olan layihədə Birliyinin gənc fəalları Azərbaycanın mədəniyyət gecəsi zamanı milli rəqslərimizi, milli mətbəximizi, mədəniyyətimizi layihə iştirakçılarına təqdim etməklə yanaşı, tariximizi əks etdirən suvinerlər də hədiyyə ediblər. Mübadilə proqramında 5 ölkə - Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan və Portuqaliyadan ümumilikdə 50-dən çox gənc iştirak edir.




 
Bölməyə aid digər xəbərlər
25.02.2020
Xocalı faciəsindən bəhs edən “Ağrı” romanı Monteneqro dilində çap olunub
25.02.2020
27, 50, 110 saylı seçki dairələri üzrə bəzi məntəqələrdə səsvermənin nəticələri ləğv edilib
25.02.2020
“Azərbaycanda bütün dini icmaların azad fəaliyyətinə tam şərait yaradılıb”
25.02.2020
Xocalı faciəsi qurbanlarına həsr olunan anım mərasimi keçirilib
25.02.2020
ATMU-da dəyirmi masa: Əsrin soyqırımı – Xocalı

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
5 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info