“Könüllülərimiz müxtəlif dövlət orqanlarında işlə təmin olunublar”
Tarix: 27.01.2020 | Saat: 14:19:00 | E-mail | Çapa göndər


Sevinc İsgəndərova: “AzTU-nun tələbələri “Könüllülər ili”nə dəstək olaraq ölkədə keçirilən beynəlxalq tədbirlərdə könüllülük fəaliyyətlərini davam etdirəcəklər”


2020-ci ilin “Könüllülər ili” elan edilməsi gənclərimizə verilən dəyərin bariz nümunəsi olmaqla yanaşı bu könüllülük hərəkatına qoşulanlara əlavə motivasiya da verəcək. Doğrudan da könüllülük fəaliyyəti gənclərdə sosial məsuliyyət hissini artırır, onların fərdi inkişafına səbəb olur.
Azərbaycan Texniki Universitetində(AzTU) təhsil alan gənclərimiz də könüllülər hərəkatında aktiv iştirak edirlər. AzTU-nun mətbuat katibi Sevinc İsgəndərova “Palitra”ya verdiyi açıqlamada bildirdi ki, universitet rəhbərliyi tərəfindən könüllülər hərəkatına hər zaman dəstək verilir.
“Bu proses “Bakı-2015” birinci Avropa Oyunları başlayandan daha geniş vüsət alıb. İlk Avropa oyunlarında universitetin 800-dən çox tələbəsi könüllü kimi iştirak edib. Daha sonra ölkəmizdə keçirilən İslam Həmrəyliyi Oyunları
və digər beynəlxalq tədbirlərdə universitetin könüllüləri iştirak edib. Onu da qeyd edim ki, könüllülərimiz müxtəlif dövlət orqanlarında işlə təmin olunub”- deyə o, bildirdi.

“Azərbaycan Texniki Universiteti ölkə ali məktəbləri arasında startup hərəkatına qoşulan ilk universitetlərdəndir. Hərəkat başlayanda ilk dəfə olaraq məhz AzTU-da 120 tələbə startup yarışlarında iştirak edib”

Sevinc İsgəndərova həmçinin qeyd etdi ki, hər il universitetdə Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı olur: “Dəfələrlə proqramda iştirak edən tələbələrimiz nazirlik tərəfindən mükafatlandırılıb. Bütün bunlar əlbəttə ki, gənclərin cəmiyyətdə daha fəal qüvvə kimi özünü təqdim etmələri üçün çox əhəmiyyətlidir. Bildiyimiz kimi, Azərbaycan Prezidenti 2020-ci ili "Könüllülər ili” elan edib. AzTU-nun tələbələri də “Könüllülər ili”nə dəstək olaraq ölkədə keçirilən beynəlxalq tədbirlərdə könüllülük fəaliyyətlərini davam etdirəcək. Dövlət başçısı Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında gənclərin startup biznesində olmasını da xüsusi vurğuladı. Bununla bağlı isə onu deyə bilərəm ki, Azərbaycan Texniki Universiteti (AzTU) ölkə ali məktəbləri arasında startup hərəkatına qoşulan ilk universitetlərdəndir. Hərəkat başlayanda ilk dəfə olaraq məhz AzTU-da 120 tələbə startup yarışlarında iştirak edib”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
25.02.2020
Xocalı faciəsində erməni tərəfinin fəaliyyətinə bəraət qazandıran hər kəs mühakimə olunmağa layiqdir
24.02.2020
İnsanlıq tarixinin ən böyük qətliamı Qarabağda törədilib
24.02.2020
“ABŞ-ın sanksiyaları terrorçuluqdur”
24.02.2020
“Azərbaycan və İtaliya arasında əlaqələr yeni inkişaf mərhələsinə keçir”
22.02.2020
Xocalı soyqırımı insanlığa qarşı törədilən qanlı cinayətdir

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
5 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info