Taleh Mahmudov: “Yeni seçiləcək deputatlar islahatlara uyğun olaraq ölkənin inkişafına təkan verəcəklər”
Tarix: 27.01.2020 | Saat: 15:06:00 | E-mail | Çapa göndər


“İnanıram ki, bu seçkilərdən sonra parlament keyfiyyət baxımından yenilənəcək və daha aktiv, çevik deputat heyəti formalaşacaq”


Azərbaycanda aparılan hər bir islahat dövlətin demokratik, siyasi, sosial-iqtisadi inkişafı üçün atılan addımdır. Bu istiqamətdə həyata keçirilən işlər xaricdəki soydaşlarımız tərəfindən də müsbət qiymətləndirilir. Elə müsahibimiz Krasnoyarsk Deputatlar Şurasının millət vəkili, yerli “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri Taleh Mahmudov da ölkədə görülən işlərə münasibət bildirib.

- Azərbaycanda həyata keçirilən islahatları necə qiymətləndirirsizniz?

-İnkişaf edən ölkəmizdə rəqabətə davamlı gənc kadrlar formalaşmaqdadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkənin gənc kadr potensialını gücləndirir. Prezident ötən il oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə gənc kadrlara olan inam və etimadını bir daha açıq şəkildə bildirdi: “Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayarıq, köhnə, necə deyərlər, təfəkkürlə, köhnə biliklərlə biz necə gələcəyə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə inersiya yolu ilə gedirik? Düzdür islahatlar aparılır, bax, bu dediyim rəqəmlər bunun əyani sübutudur. Hər bir ölkə bu nəticələrlə öyünə bilər. Ancaq biz bilirik ki, rezervlərimiz çoxdur və onu da bilirik ki, əgər hər hansı quruma dövlət, ya özəl, təmiz, bilikli və vətənə bağlı kadr gətirilirsə orada biz dərhal dəyişiklikləri görürük”. Kadr seçimində bu yanaşma təbii seçmə üsulu ilə aparılmaqla, düşünülmüş və dövrün çağırışlarından irəli gəlir və əlbəttə ki, perspektiv planları özündə əks etdirir.

- Yeni seçiləcək deputatlardan gözləntiniz nədir?

- Azərbaycanda fevralın 9-da xalqımız yenidən növbəti 5 il üçün öz millət vəkillərini seçəcək. Azərbaycan xalqı layiqli parlamentə sahib olması üçün layiqli namizədlərə səs verəcək. Xalqımız öz savadlı, yüksək təhsilə, beynəlxalq təcrübəyə malik övladlarının bilik və bacarığından yararlanmaq üçün onların layiq olduqları mövqelərdə təmsil olunmasına dəstək olmalıdır. İnanıram ki, bu seçkilərdən sonra parlament keyfiyyət baxımından yenilənəcək və daha aktiv, çevik deputat heyəti formalaşacaq.
Milli Məclisə üzv seçiləcək deputatlar seçildikləri ərazilərdəki əhalinin problemlərinin həllinə yardım göstərməkdən şərəf duymalıdırlar. Çünki onlar seçki platformaları üzrə üzərlərinə öhdəlik götürürlər. Fikrimcə, bu öhdəliklərin yerinə yetirilməsi ilə kifayətlənməyib, deputat səlahiyyətlərinin onlara verdiyi imkanlardan istifadə edərək seçildikləri ərazilərin sakinlərini narahat edən digər məsələlərin həllinə də maksimum dərəcədə səy göstərməlidirlər. Millət vəkili kimi əhali arasında olmalı, hər bir seçicisinin müraciət və təklifləri ilə şəxsən tanış olub lazımi tədbirlərin görülməsinə çalışmalıdırlar. Onlar Milli Məclisdə xalqın təmsilçiləri olaraq həm ümumrespublika xarakterli, həm də bilavasitə deputat seçiləcəyi ərazilərin problemlərinin həllinə daimi diqqət yetirməlidirlər. Deputatın əsas məqsədi, işi və amalı seçicilərinin istəklərini parlamentdə təmin etmək olmalıdır. Hər bir deputat parlamentdə xalqın səsi olmağı bacarmalıdır. Xalq üçün çalışmağı millət vəkilləri özlərinə şərəf bilməlidirlər.
Ümid edirəm ki, yeni parlament xalqa daha keyfiyyətli xidmət göstərəcək. Yeni seçilən millət vəkilləri xalqın etimadını doğrultmalıdırlar. Çünki xalqımız onlara inanaraq səs verəcəklər. Yeni seçiləcək deputatlar Prezidentin həyata keçirdiyi islahatlara uyğun olaraq ölkənin inkişafına təkan verə biləcəklər.

“Krasnoyarskdakı gənclərimiz daimi ictimai aktivliklərini qoruyurlar. Hazırda gənclərimiz Prezidentin 2020-ci ili “Könüllülər ili” elan etməsindən ruhlanaraq yeni planlar üzərindən işləyirlər. Yaxın zamanlarda il ərzində bu istiqamətdə görüləcək işlərin planını bizə təqdim edəcəklər”

- “Könüllülər ili” ilə bağlı nə kimi planlarınız var?

- Bu gün könüllülük fəaliyyətini əsasən gənclər həyata keçirir. Azərbaycan gənclərinin zəngin könüllülük təcrübəsi var. Biz bunu ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə dəfələrlə müşahidə etmişik. Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumunda qeyd etdiyi kimi, Azərbaycanda çox nəhəng könüllülər hərəkatına başlanılıb və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib. Bu ondan irəli gəlir ki, Azərbaycan gəncləri öz dövlətinə güvənir. Elə Krasnoyarskdakı gənclərimiz də Azərbaycana hər zaman arxalanırlar. Buradakı gənclərimiz daimi ictimai aktivliklərini qoruyurlar. Hazırda gənclərimiz Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsindən ruhlanaraq yeni planlar üzərindən işləyirlər. Yaxın zamanlarda il ərzində bu istiqamətdə görüləcək işlərin planını bizə təqdim edəcəklər. İdarə heyətinin yekun qərarından sonra gənclərin “Könüllülər ili” çərçivəsində tədbirlərinə start veriləcək.

-Qarşıdan 26 fevral Xocalı soyqırımının növbəti ildönümü gəlir. Krasnoyarskda Xocalı soyqırımı ilə bağlı hər hansı tədbir keçiriləcəkmi?

-Krasnoyarskda hər il Xocalı soyqırımı ilə bağlı müxtəlif səpkili tədbirlər təşkil edirik. Bu il isə Qarabağ qazisi İbad Hüseynovu Krasnoyarskya dəvət edəcəyik. Bu təşəbbüs Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən irəli sürülüb. Krasnoyarskda "Azərbaycan milli-mədəni muxtariyyatı" ictimai təşkilatının təşkilatçılığı və dəstəyi ilə fevralın 23-də Xocalı şəhidlərinə həsr olnunmuş tədbirdə canlı xalq qəhrəmanımızın Krasnoyarskdakı soydaşlarımızla görüşü keçiriləcək. Həmçinin İbad Hüseynov haqqında çəkilən filmin nümayişi olacaq. Tədbirdə soydaşlarımızla yanaşı, Krasnoyarsk rəsmiləri, digər xalqların diaspor üzvləri və yerli KİV-lər iştırak edəcəklər. Hazırda Krasnoyarskda bizim komanda bu tədbirlə bağlı təşkilati işləri həyata keçirir.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
28.10.2020
“Azərbaycan Ermənistan ərazisinə cavab zərbəsi endirsə, Rusiya müdaxilə etməyəcək”
27.10.2020
Hikmət Hacıyev “Al Jazeera” kanalına müsahibə verib-VİDEO
22.10.2020
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır
14.10.2020
Aleksey Fenenko: “Paşinyan KTMT-yə ehtiyac duymadığını və dostlarının Qərbdə olduğunu söyləyirdi”
14.10.2020
Sergey Markov: “Paşinyan qorxur ki, onu güllələyəcəklər”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
2 Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”
3 Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır
4 Manqal salatı
5 Əriştədən bir ailənin 9 üzvü öldü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info