“Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılması ölkəmizin növbəti qələbəsidir”
Tarix: 27.01.2020 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


Rauf Zeyni: “Ölkə başçısı tərəfindən aparılan siyasətin nəticəsi olaraq nəhəng şirkətlər öz sərmayələrini Azərbaycana yatırmaqda maraqlı olduğunu göstərirlər”


Ölkə başçısının Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına etdiyi işgüzar səfər başa çatıb. Prezident İlham Əliyevin Davos İqtisadi Forumu səfəri çərçivəsində keçirdiyi görüşlər, xarici əlaqələrin inkişafı, dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, nəhəng şirkətlərin Azərbaycanla əməkdaşlığı və investisiya yatırmaq imkanlarının genişlənməsi baxımından yüksək qiymətləndirilir.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni ölkə başçısının bu səfərinin mühüm nəticələrlə yadda qaldığını bildirdi: “Azərbaycanın milli maraqlarını təmsil etmək, eyni zamanda ölkənin inkişafı baxımından qısa müddət ərzində daha səmərəli görüşlər keçirilməsi ilə bağlı Davos İqtisadi Forumunda Prezident İlham Əliyevin iştirakını müsbət qiymətləndiririk. Bir çox dövlət və hökumət başçıları, iş adamları ilə görüşlər keçirilməsi, müsahibələrin verilməsi Azərbaycanın reallıqlarının, inkişafının və bundan sonrakı perspektiv inkişaf planı ilə əlaqədar deyilən fikirlər çox vacibdir. Ölkəmizin inkişafı ilə yanaşı, torpaqlarımızın mənfur ermənilər tərəfindən işğal altında saxlanılması, Ermənistanın regionda sülhə, stabilliyə təhlükə olması istiqamətində bir daha fikirlərin çatdırılması, regionda Azərbaycanın lider ölkə olması ilə bağlı müəyyən mesajların səsləndirilməsi çox mühüm idi. Ona görə də bu səfər ictimaiyyət tərəfindən zəngin bir səfər kimi qiymətləndirilir. Davos İqtisadi Forumunda dövlət başçımızın iştirakı ölkəmizin mövqeyinin dünyada və regionda möhkəmlənməsinə xidmət edir. Qısa müddət ərzində ölkə başçısının orada keçirdiyi görüşləri Azərbaycanın mövqeyinin möhkəmlənməsi ilə bağlı atdığı addım kimi qiymətləndirmək olar”.

“Davos səfəri Azərbaycanın dünyada nüfuzlu ölkə imicinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir”

Səfər çərçivəsində Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalandığını deyən R.Zeyni bildirdi ki, bu da Azərbaycan üçün ölkə başçısının indiyə qədər apardığı bəşəri, mütərəqqi, milli siyasətin məntiqi davamıdır: “Eyni zamanda Azərbaycanın Avropa məkanı ilə o cümlədən, Dünya İqtisadi Forumu ilə əməkdaşlığının, tərəfdaşlığının
real nəticəsi idi ki, ölkəmiz iqtisadi tərəfdaş kimi qəbul olundu və o mərkəzin Azərbaycanda yaradılması ilə bağlı niyyət protokolu imzalandı. Bu da Azərbaycanın həm xarici siyasətdə, həm də iqtisadi inkişafda növbəti qələbəsidir. Çünki mərkəz başqa ölkələrdə də yaradıla bilərdi. Lakin ölkə başçısı tərəfindən bu imkanın əldə edilməsi Azərbaycanın növbəti bir qələbəsidir”.
Forumun sədri dövlət başçısının Davos İqtisadi Forumunda iştirakı zamanı nəhəng şirkətlərin rəhbərləri ilə keçirdiyi görüşlər və əldə edilən mühüm nəticələrlə də yadda qaldığını qeyd etdi: “Azərbaycan ona görə böyük şirkətlərin marağındadır ki, sabit ölkə kimi tanınır. Eləcə də dünyada son illər iqtisadi böhran olmasına baxmayaraq Azərbaycan iqtisadi cəhətdən davamlı inkişafı ilə özünü göstərir. İqtisadi artımın nəticəsidir ki, Azərbaycan mövqeyini gücləndirir və Dünya İqtisadi Forumu, biznes təşkilatları, beynəlxalq reytinq qurumları da öz hesabatlarında bunu qeyd edirlər. Bu da öz təsirini göstərir və tanınmış şirkətlər öz gələcək fəaliyyətlərini Azərbaycanda qurmağa maraqlı olurlar. Çünki onlar bilirlər ki, Azərbaycana sərmayə yatırmaq təhlükəsizdir, etibarlıdır, davamlı inkişafı təmin olunmuş bir ölkəyə investisiya qoyurlar. Bu da Azərbaycanın beynəlxalq nüfuzunun, müsbət imicinin göstəricisidir. Ölkə başçısı tərəfindən aparılan siyasətin nəticəsidir və nəhəng şirkətlər öz sərmayələrini Azərbaycana yatırmaqda maraqlı olduğunu göstərirlər. Davos səfəri Azərbaycanın dünyada nüfuzlu ölkə imicinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Bu da bizi bir Azərbaycan vətəndaşı, ictimai sektorun nümayəndəsi kimi sevindirir və ölkəmizin böyük iqtisadi yüksəlişindən, gələcəyindən xəbər verir”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.02.2020
Türkiyə Prezidenti: “Xocalıda yaşlı, qadın demədən 20-ci əsrin ən böyük faciələrindən biri törədilib”
25.02.2020
27, 50, 110 saylı seçki dairələri üzrə bəzi məntəqələrdə səsvermənin nəticələri ləğv edilib
24.02.2020
MSK daha bir məntəqə üzrə nəticələri etibarsız saydı
24.02.2020
Vasif Talıbov yenidən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib
24.02.2020
“Sondakika.com.tr”: Türkiyənin dostu sorgusunda ilk sıranı Azərbaycan tutdu

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
5 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info