Xəstəliklərin qeydə alındığı ölkələrdən Azərbaycana diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub
Tarix: 27.01.2020 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə həyata keçirilən tədbirlərlə əlaqədar məlumat yayıb. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən daxil olan məlumatda bildirilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Hindistanın Çxattisqarx, Slovakiyanın Nitryansk və Trnavsk, Rumıniyanın Maramureş, Macarıstanın Haydu-Bihar və Komarom-Esterqom, Polşanın Nijnesilezsk və Zapadno-Pomorsk, Ukraynanın Vinnitsa, Çexiyanın Vısoçina, Almaniyanın Brandenburq bölgələrində yüksək patogen quş qripi xəstəliyi, Rusiya Federasiyasının Kursk vilayətində isə Nyukasl xəstəliyi müəyyən edilib. Bununla əlaqədar olaraq, həmin ölkələrin yüksək patogen quş qripi və Nyukasl xəstəlikləri qeydə alındığı bölgələrindən respublikamıza diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə həmin ərazilərdən respublikamıza gələn, yaxud həmin ərazilərdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı gömrük-sərhəd keçid məntəqələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.




 
Bölməyə aid digər xəbərlər
19.02.2020
Naxçıvanın yeni uçuş-enmə zolağı ilk təyyarəni qəbul edib
19.02.2020
MSK Ağdaş seçki dairəsi üzrə 2 məntəqədə səsvermənin nəticələrini ləğv etdi
18.02.2020
Kürdəmir-Zərdab yolunun yenidən qurulması bu ilin sonunadək bitəcək
17.02.2020
Masallıda Milli Qəhrəman Səfəralı Məmmədovun xatirəsi anılıb
16.02.2020
Sabahın hava proqnozu açıqlandı

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
3 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
4 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”
5 Ukrayna televiziyalarında erməni işğalı haqqında məlumat verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info