Ermənistan Rusiyanı türkmən qazı ilə şantaj edir
Tarix: 27.01.2020 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Siyasi, iqtisadi, maliyyə, hərbi baxımdan Rusiyadan asılı olan Ermənistanda yeni qaz alınması sxeminin işləməyəcəyini etiraf edirlər

Ermənistan İran və Türkmənistanla mübadilə qazının alınmasını müzakirə edir. Layihə Aşqabadın Tehrana qaz tədarük etməsini, İranın isə öz növbəsində, qaz kəməri ilə Ermənistana tədarük həcmini artırmasını nəzərdə tutur. Bu barədə “Sputnik Ermənistan” saytı məlumat yaıb. Sayt Ermənistanın artıq Türkmənistan və İranla mübadilə yolu ilə qazın alınması ilə bağlı danışıqlar apadığını bildirib. Sayt məlumatın Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindəki qaynaqlarına istinadən yayıb. Məlumata görə hazırda İranın Türkmənistandan mübadilə yolu qaz alınması ilə bağlı apardığı danışıqlardan Ermənistanın da yararlanmaq istəyir. İrəvanın Moskvaya alternativ kimi nəzərdə tutduğu bu mənbədən alınacaq qazın həcmi, qiyməti, eləcə də ödəniş üsulları barədə hələlik razılıq əldə edilməsə də Ermənistan onları qane edəcək razılaşma əldə ediləcəyinə çox ümidlidir. Xatırladaq ki, hələ bir müddət əvvəl «Sputnik Ermənistan» saytının suallarını cavablandıran erməni deputat Mikael Melkumyan, bu sxemin işləyəcəyinə ümid etdiyini bildirmişdi. Qeyd etmək lazımdır ki, Ermənistanın Türkmənistandan qaz alması layihəsi sistemdə mübadilə də təklif edir. Təklifə görə, Aşqabad İranın şimal əyalətlərinə yanacaq, Tehran isə öz növbəsində İrəvana qaz verməlidir. Yeri gəlmişkən, xatırladaq ki, Ermənistanın xarici qaz alacağı ilə bağlı Rusiyanı şantaj etməsi birinci dəfə deyil. Kremlə qarşı belə hallar İrəvan tərəfindən dəfələrlə qaldırılıb. Lakin bunun heç bir effekti olmayıb. Çünki Kremlin xofu İrəvanla yanaşı, onun qaz almaq istədiyi ölkələr üçün də önəmli rol oynayıb. Bir müddət əvvəl İranın Ermənistana daha ucuz qiymətə qaz təklif etdiyini tirajlayan erməni mətbuatına cavab olaraq, Ermənistanın Tehrandakı səfiri Artaş Tumanyan İran tərəfinin Ermənistana daha ucuz qiymətə qaz təklif etmədiyini bildirmişdi. O, Ermənistan parlamentində verdiyi hesabatda Rusiya qazının qiymətini Ermənistan üçün əlverişli sayaraq, İranın İrəvana ucuz mavi yanacaq təklif etmədiyini qeyd etmişdi. Lakin bununla bağlı erməni səfir parlamentdə öz təklifini də irəli ürmüşdü: İran qazını alıb Türkmənistan qazı ilə dəyişmək: “Bu çox rahat və əlverişli olardı və qazın alınması ilə bağlı qısqanclıq mənzərələrinin qarşısını da almağa kömək edərdi”. Əslində, Ermənistanın İran və ya Türkmənistan qaz alması ilə bağlı ortaya atılan iddialar Rusiyadan endirim qoparmağa hesablanmış cəhdlərdən biri kimi dəyərləndirilr. Bu gün erməni baş nazir Nikolun şəxsi «Facebook» səhifəsində sərsəmləmələrinə baxmayaraq, Ermənistan tamamilə Rusiyadan, onun siyasi, maliyyə, hərbi və digər dəstəyindən asılıdır. Bununla belə, Ermənistan rəsmilərinin Rusiya qazına yeni alternativlərin axtarışı ilə bağlı açıqlamalar verməsi də inandırıcı görünmür. Bu gün Türkmənistan qazının alınması ilə bağlı məsələnin müzakirə mərhələsində olduğunu bildirən erməni rəsmiləri, bu sxemin, hələ ki, işləmədiyini bildirirlər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.07.2020
Ermənistanda ilin sonuna qədər iqtisadi tənəzzül qaçılmazdır
29.06.2020
“Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
22.06.2020
“Keşişlər kilsəni erməni quldur dəstələrini silahlandıran cəbbəxanaya çevirmişdilər”
11.06.2020
“ Tibb sənayesinin inkişafı artıq milli təhlükəsizliyin bir atributuna çevrilməkdədir”
02.06.2020
“Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Azərbaycan filmi “Qızıl şir”ə iddialıdır
2 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq
3 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
4 Parça qalıqlarından unikal geyimlər: azərbaycanlı dizayner dayanıqlı dəb yaradır-VIDEO
5 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info