Azərbaycan qurudulmuş xurma ixrac edəcək
Tarix: 28.01.2020 | Saat: 13:51:00 | E-mail | Çapa göndər


Quru meyvələrin istehsalı və ixracı ilə məşğul olan “Dadlı Naxçıvan məhsulları” şirkəti region ölkələrinə və Avropaya quru meyvə ixracına hazırlaşır. Bunu Trend-ə şirkətin təsisçisi Emin Tarverdiyev deyib. Onun sözlərinə görə, Rusiya bazarına və Polşaya ixrac gözlənilir: “Xarici tərəfdaşlarla danışıqlar aparılır, tədarüklərin həcmi və müddəti müəyyənləşdirilir. Biz artıq Polşaya qurudulmuş xurma ixracı ilə bağlı müraciət almışıq. Bu ildən bu bazara ixracı işə salmağı planlaşdırırıq. Rusiya bazarında da məhsulumuza böyük tələbat var. Hazırda müəssisəmizdə quru meyvə istehsalı gündəlik təxminən 1 ton təşkil edir. Gələn ildən bu göstəricini 1,5-2 tonadək artırmağı planlaşdırırıq”. O qeyd edib ki, ötən il şirkət 50 tona yaxın məhsul istehsal edib: “İstehsal olunan məhsulun böyük əksəriyyəti ixrac üçün nəzərdə tutulub. Biz qurudulmuş alma və xurma ixracının həcmlərini artırmaq niyyətindəyik, çünki bu məhsullara həm daxili, həm də xarici bazarda daha böyük tələbat var”. E.Tarverdiyev bildirib ki, şirkətin Naxçıvanda mağazalar şəbəkəsi var, bundan başqa, Bakıda və ölkənin digər şəhərlərində yeni mağazaların açılması planlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
25.02.2020
Sahibkarlar arasında “Zavod” biznes-oyunu təşkil edilib
25.02.2020
ASCO koronavirusla bağlı ehtiyat tədbirlərini gücləndirib
25.02.2020
Muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz artıb
25.02.2020
Azərbaycan Türkiyə ərazisi ilə yanvarda 20 mln. barelə yaxın neft nəql edib
25.02.2020
Azərbaycan alternativ enerjiyə investisiyaları əhəmiyyətli dərəcədə artıracaq

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
4 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”
5 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info