“Parlament diplomatiyası ölkələr arasında etimad yaradır”
Tarix: 28.01.2020 | Saat: 15:36:00 | E-mail | Çapa göndər


Mariya Suvorovskaya: “Moskva ilə Bakı arasında parlamentlərarası dialoq dövlətlərimiz arasında əməkdaşlıq üçün əhəmiyyət kəsb edir”


Rusiya Federasiyası Dövlət Duması ilə Azərbaycan Respublikası Milli Məclisi arasında yüksək səviyyəli parlamentlərarası münasaihbətlər qurulub. Yeni parlamentarilər iki ölkənin dövlət başçıları və hökumətləri arasında mövcud dostluq münasibətlərini, o cümlədən iqtisadi əlaqələri də möhkəmlədirə bilərlər. Yeni formalaşacaq parlament heyəti Azərbaycan iqtisadiyyatının inkişafına da təkan verə bilər.
Rusiyanın “Business-Dialog Media” nəşriyyat və kommunikasiya qrupunun baş icraçı direktoru, “World Business Guide Azerbaijan” jurnalının baş redaktoru Mariya Suvorovskaya bu baxımdan Azərbaycanın Milli Məclisinə yeni seçiləcək deputatlardan böyük gözləntiləri olduğunu deyib: “Dünya dəyişir, diplomatiyanın digər tələblərini ortaya qoyan yeni siyasi çağırışlar yaranır. Cəmiyyətdə, məsələn, qloballaşma, rəqəmsallaşma kimi dəyişikliklər var, bu da diplomatik proseslərə təsir göstərir. Beynəlxalq dialoq yalnız mühafizəkar mexanizmlərdən deyil, həm də qarşılıqlı fəaliyyətin yeni formalarından istifadə edir. O cümlədən parlamentlərarası münasibətlər. Xarici siyasət problemlərinin həllində parlament diplomatiyası mühüm rol oynayır. Bu cür fəaliyyət qlobal qarşılıqlı fəaliyyətin aktual formatıdır.
Rusiya ilə Azərbaycanı mənəvi-mədəni ənənələr, coğrafi yaxınlıq, biznes və humanitar layihələr bağlayır. Moskva ilə Bakı arasında parlamentlərarası dialoq dövlətlərimiz arasında əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycana 9 fevral parlament seçkilərinin uğurla keçirilməsini arzu edirəm.
Parlament diplomatiyası ölkələr arasında etimad yaradır. Ümid edirəm ki, gələcəkdə Rusiya ilə Azərbaycan mehriban qonşuluq münasibətlərini qoruyaraq əməkdaşlıq üçün yeni üfüqlər açacaqlar”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
25.02.2020
Türkiyə Prezidenti: “Xocalıda yaşlı, qadın demədən 20-ci əsrin ən böyük faciələrindən biri törədilib”
25.02.2020
27, 50, 110 saylı seçki dairələri üzrə bəzi məntəqələrdə səsvermənin nəticələri ləğv edilib
24.02.2020
MSK daha bir məntəqə üzrə nəticələri etibarsız saydı
24.02.2020
Vasif Talıbov yenidən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib
24.02.2020
“Sondakika.com.tr”: Türkiyənin dostu sorgusunda ilk sıranı Azərbaycan tutdu

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
4 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”
5 Ötən il Astarada 1900 yeni iş yeri açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info