Tələbə köçürülmələri ilə bağlı yeni qaydalar hazırlanır
Tarix: 23.09.2013 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyindən məlumatına görə, Azərbaycanda tələbələrin bir ali məktəbdən digər ali məktəbə və ya bir ixtisasdan digər ixtisasa köçürülməsi (daxili köçürülmə) ilə bağlı yeni qaydalar hazırlanır. Nazirliyin əmri ilə təsdiq olunmuş əsasnaməyə görə, tələbələrin bir dövlət ali təhsil müəssisəsindən digər dövlət ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi birinci kurs və axırıncı semestr istisna olmaqla, Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə müvafiq ali məktəb rəhbərliyi tərəfindən həyata keçirilir. Mövcud qaydalara görə, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə yalnız əsaslı səbəblər olduğu halda icazə verilir. Bununla bağlı müraciətlərə Təhsil Nazirliyinin müvafiq şöbəsində (Elm, ali və orta ixtisas təhsili şöbəsində) baxılır, sənədlər araşdırılır.
Əsaslandırılmış səbəblər olduğu halda (ailə qurduqda, sağlamlıqla bağlı problem olduqda, yaşayış yerini dəyişdikdə və s.), şöbənin verdiyi təqdimat əsasında tələbənin köçürülməsinə razılıq verilir. 2012-2013-cü tədris ilində Azərbaycanın ali məktəblərində nə qədər tələbənin bir ali məktəbdən digərinə, nə qədər tələbənin isə bir ixtisasdan digər ixtisasa köçürülməsinə gəldikdə isə qeyd olunub ki, bunu TQDK-nın nəzdində fəaliyyət göstərən tələbə-məzun elektron bankından əldə etmək olar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Bu gün İğdırda Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
16.09.2019
Bu gün məktəblərdə ilk dərs günüdür
16.09.2019
Leyla Əliyeva Bakıda 7-ci arena polo üzrə dünya kubokunun final görüşünə baxıb
15.09.2019
Türkiyə “Kərkük-Ceyhan“ı sürətləndirmək istəyir
15.09.2019
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info