Gənclər Beynəlxalq Sülh Gününü qeyd etdi
Tarix: 23.09.2013 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


Gənclər üçün Təhsil Mərkəzi BMT-nin İctimai İnformasiya Departamenti (UNDPİ) ilə birgə Mingəçevir şəhərində Beynəlxalq Sülh Gününü qeyd edib.
Tədbir müharibə qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Sülh Gününün əhəmiyyəti, tarixi və məqsədi, sülhün dünya üçün vacibliyi haqda çıxışlar dinlənilib.
Tədbirdə çıxış edən mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə "Sülh naminə Təhsil” şüarı altında mərkəzin regional ofislərində aparılan kampaniya haqqında məlumat verib, təhsilin dünyada sülhün təmin olunmasında oynadığı rol, münaqişələrin yaratdığı zorakılıq zəncirini qırmaq yollarına dair məruzə edib.
BMT rəsmisi Zəka Quliyev də çıxış edərək, BMT-nin sülh siyasəti, regionda müharibə və zorakılığa qarşı mübarizə istiqamətində görülən işlər haqqında gənclərə ətraflı məlumat verib. Tədbirdə ABŞ-ın Sülh Korpusunun könüllüləri də iştirak edib.
Qeyd edək ki, BMT Baş Assambleyası Beynəlxalq Sülh Gününü 1981-ci ildə təsis edib. Beynəlxalq Sülh Günü hər ilin sentyabr ayının üçüncü çərşənbə axşamı günü qeyd olunurdu və BMT Baş Assambleyasının Nyu-York şəhərində müntəzəm olaraq keçirilən sessiyasının açılışına təsadüf edirdi. Lakin Baş Assambleyanın 2001-ci il, 7 sentyabr tarixində qəbul olunmuş 55/282 saylı qətnaməsinə əsasən 2002-ci ildən etibarən Beynəlxalq Sülh Gününü hər il sentyabrın 21-də qeyd olunması qərara alınıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.09.2020
Azərbaycanda koronavirusa görə vaksinlər ilk kimlərə vurulacaq?
23.09.2020
Tarixçi: Biz Arsak toponimini daha çox təbliğ etməliyik
22.09.2020
Məhkəmə XİN-in sabiq idarə rəisi barəsində qərar verdi
22.09.2020
Yaxın zamanda zəfər sevinci duyacağımıza ümid edirik
18.09.2020
Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
3 Ətli dovğa
4 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
5 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info