Elektron tədris resurslarının qiymətləndirilməsi Şurası yaradılıb
Tarix: 23.09.2013 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


“Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin 2005–2007-ci illər üzrə informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı” çərçivəsində Azərbaycan tarixi fənni üzrə 20 adda 37900 nüsxə elektron vəsait, kimya fənni üzrə 8 adda 15160 nüsxə elektron vəsait, biologiya fənni üzrə 12 adda 22740 nüsxə elektron vəsait və fizika fənni üzrə 3 adda 10200 nüsxə elektron vəsaitləri hazırlanıb. Təhsil Nazirliyinin məlumatına görə, yaxın illər ərzində Azərbaycanda da tədricən fərdi kompüterlər və ya planşetlər vasitəsilə elektron dərsliklərdən istifadə ölkə miqyasında Bulud texnologiyalara keçidi tezləşdirəcək. Belə ki, şagirdlər tədris üçün zəruri materialları və dərslikləri Məlumat və Resurs Mərkəzinin serverlərindən, yəni Təhsil Buludundan istifadə etməklə fərdi təhsil alətinə yükləyə və təhsil nəticələrini keyfiyyətli dərəcədə təkmilləşdirə biləcəklər. Elektron təhsil texnologiyalarının tətbiqinin artırılması üzrə fəaliyyətlər çərçivəsində elektron vəsaitlərin işlənilməsi genişlənib, elektron təhsil (e-learning) resursları bazasının əsası qoyulub, distant təhsilin inkişaf etdirilməsi üçün tədbirlər həyata keçirilib, vahid təhsil portalı yaradılıb və ölkədə interaktiv tədris imkanlarından daha geniş istifadə olunması dəstəklənib.
Hazırda Milli Təhsil Portalında (www.edu.az) 8 fənn üzrə 122 resurs mövcuddur. Bunlara fizika, kimya, biologiya, ədəbiyyat, musiqi və riyaziyyat üçün hazırlanmış dərslər daxildir. Eyni zamanda portalda Azərbaycan epistolyar irsi, Üzeyir Hacıbəyovun "Virtual muzeyi", Azərbaycan tarixinin canlı səsləri, Language learning inserts, Learning English kimi elektron resurslarda yerləşdirilib. Bu siyahıya ibtidai siniflər üçün hazırlanmış “İnfoko” resurslarını da misal göstərmək olar. Elektron resursların keyfiyyətinin qiymətləndirilməsi məqsədilə Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Elektron tədris resurslarının qiymətləndirilməsi Şurası yaradılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Mərkəzi Afrika Respublikasında 23 döyüşçü həlak olub
14.09.2019
İsmayıllıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət
14.09.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı Cümə məscidini ziyarət edib
14.09.2019
Şamaxıda Məlikçobanlı kənd tam orta məktəbinin açılışı olub
14.09.2019
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Şamaxı rayonuna səfəri

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info