Region gənclərinin ictimai fəallığının artırılmasına dəstək veriləcək
Tarix: 23.09.2013 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və «Həmrəy» Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə bu hətənin sonunda Qəbələ, Oğuz və Şəkidən olan gənclərə “Region gənclərinin icimai fəallığının artırılması” adlı seminar-təlimlər keçiriləcək.
İctimai birlikdən bildiriblər ki, bu kimi tədbirlərin reallaşdırılması region gənclərinin icimai fəallığının artırılmasına, onların sosial aktivliyinə, cəmiyyətin inkişafı ilə bağlı tədbirlərdə məhsuldar iştiraklarına müsbət təsir etməklə yanaşı, gənclərin intelektual inkişafına və onlarda müstəqil düşüncə tərzinin formalaşmasına, təhsil və karyeralaralarında sərbəst seçim etmələrində mühüm təsiri var.
Həmçinin qeyd olunub ki, layihə gənclərin ictimai fəallığının artırılmasına, onların liderlik keyfiyyətlərinə yiyələnməsinə, onlarda stress, qərarsızlıq, ümidsizlik və ruh düşkünlüyünün aradan qaldırılmasına, çalışqanlıq və prinsipiallığın, idarəetmə məharətinin formalaşmasına, düzgün, vaxtında və etibarlı qərarlar qəbul etmə bacarığının yaranmasına, diqqət və konsentrasiyanın yüksək səviyyəyə qaldırılmasına və uğurlu strategiyanın müəyyən edilməsinə kömək etmək məqsədi daşıyır.
Layihə çərçivəsində aşağıdakı mövzular barədə məlumat veriləcək: ictimai fəallıq nədir;ictimai fəallığa nəzəri və praktiki yanaşma;ictimai fəal olmağın yolları və faydalılığı;ictimai fəallığın cəmiyyətin inkişafına təsiri.
Tədbirin səmərəli keçməsi üçün hazırlıq işləri davam etdirilir.Qeyd edək ki, Azərbaycan Respublikasında yaşayan gənclərin həmrəyliyinə nail olmaqla, onlar arasında milli-mənəvi dəyərləri, sağlam həyat tərzini təbliğ etmək, onların bilik və bacarıqlarının artırılmasına yardım etmək və gənclərin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərə dəstək vermək məqsədilə bu ilin 15 mart tarixində təsis edilən «Həmrəy» Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi Ədliyyə Nazirliyinin 1113-Q44-3159 nömrəli qərarı ilə 22 aprel 2013-cü ildə qeydiyyatdan keçib.
Yeni yaradılmasına baxmayaraq, ictimai birlik bir sıra uğurlara müvəffəq olub. Gənclərin inkişafı ilə bağlı həyata keçirilən bir sıra tədbirlərdə fəal iştirak etmiş, belə tədbirlərə dəstək vermiş, buna görə diplom, fəxri fərmanlarla, mükafatlandırılmış və Azərbaycan Respublikası Gənclər Təşkilatlarının I Milli Konqresində yaxından iştirak edib.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
Gənclər Azərbaycanı “Beynəlxalq Media Təlim Düşərgəsində“ uğurla təmsil ediblər
23.09.2019
ADRA əməkdaşları təmizlik aksiyasında iştirak ediblər
23.09.2019
Konfrans iştirakçıları Heydər məscidini və “İçərişəhər” qoruğunu ziyarət ediblər
23.09.2019
İranda orta məktəblərdə Azərbaycan dilinin tədrisinə başlanır
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info