Siqaret çəkən ananın nəvəsi və nəticəsi də astma ola bilər
Tarix: 23.09.2013 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


Hamiləlik vaxtı siqaret çəkən qadınların uşaqları, nəvələri, hətta nəticələri də başqalarına nisbətən astmadan daha çox əziyyət çəkirlər. “American Journal of Physiology” də tibb işçiləri tərəfindən dərc edilmiş məqalədə bildirilir ki, dölün genlərinə nikotinin təsiri son dərəcədə neqativdir. Astma-tənəffüs orqanlarının xroniki soyuqlamasıdır ki, o da öz təzahürünü müxtəlif səpkili boğulma və qıcolmalarla bildirir.Bu hal nəfəs yollarının müxtəlif qıcıqlanmalar zamanı gərginləşməsi,ciyərlərin normadan çox selik ifraz etməsi və bunun da nəticəsində havanın ciyərlərə normal axışında yaranan çətinlikdən törəyir. “РИА Новости” nin verdiyi xəbərə görə, Ümumdünya Sağlamlıq Təşkilatının nəticələrinə görə, hazırda astmadan 300 milyon adam əziyyət çəkir və hər onillikdə belə xəstələrin sayı artır. Los-Ancelesdə (ABŞ) yerləşən Kaliforniya Universitetindən Virender Rехаn və onun kolleqaları siqaret “çəkən” və “çəkməyən” siçanların balalarının üzərində təcrübə apararaq mümkün səbəblərdən birini aşkar etmişlər. Bunun üçün alimlər bir neçə bala gözləyən gəmirici əldə edib, vaxtaşırı onların dərisi altına az miqdarda nikotin yeritməklə, bala gözləyərkən aktiv siqaretçəkmə vəziyyətini imitasiya ediblər. Üç həftədən sonra balalar doğulub, dəri altına nikotin yeritmə dayandırılıb və siçan balalarının inkişafına nəzarət etməyə başlayıblar. Gəmiricilərin birinci nəsli cinsi yetişkənlik dövrünə çatanda onları öz aralarında cütləşdiriblər və bunu gəmiricilərin ikinci yarısı arasında da eyniylə təkrar ediblər. Sonra alimlər ayrı-ayrı qruplar arasında astmadan sadə test keçiriblər-onlar gəmiriciləri qapalı qəfəsə salıb, oraya ağciyərləri qıcıqlandıran qaz buraxıblar. Onların bronxlarının necə dayanacağını müşahidə etməyə başlayıblar. Belə məlum olub ki, siqaret “çəkən” gəmiricilərin nəslindən törəyənlər zəhərli qaza daha çox reaksiya verir,nəinki “çəkməyən ana”dan törəyənlər. Məqalənin müəllifləri belə hesab edirlər ki,hamiləlik vaxtı siqaret çəkmək bətndəki balanın və onun sonrakı nəslinin sağlamlığına çox zərər verir.

Elnarə




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
16.09.2019
Dünya bazarlarında İsveçrə şirkətlərinin loqosu ilə saxta qızıl külçələr aşkarlanıb
16.09.2019
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimində iştirak ediblər
16.09.2019
“Müəllim olmaq istəyənlərin sayı artır“
16.09.2019
Əhalinin sayı 46417 nəfər artaraq 10 milyon 27 min 874 nəfərə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info