Hacı Zeynalabdin Tağıyev haqqında yeni kitab
Tarix: 23.09.2013 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən görkəmli sahibkar, xeyriyyəçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyev haqqında yeni kitab çap olunub. “Müasirləri Hacı Zeynalabdin Tağıyev haqqında” kitabın müəllifi muzeyin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovdur. Kitabda müasirlərinin Hacı Zeynalabdin Tağıyev haqqında xatirələri və oçerkləri toplanıb. Nəşrdə görkəmli xeyriyyəçinin ilk bioqrafı olmuş Nəriman Nərimanovun, 1903-cü ildə çap edilmiş naməlum müəllifin, Nağı bəy Şeyxzamanlının müasirləri tərəfindən “millət atası” adlandırılmış Hacı Zeynalabdin Tağıyev haqqında oçerklərinin tam mətnləri verilib. Burada, həmçinin dövrün görkəmli ziyalılarının onun fəaliyyəti, müsəlman dünyasında ilk qız məktəbinin açılışı və Mərdəkan bağçılıq məktəbinin təşkili ilə bağlı yazıları da oxuculara təqdim olunb. Nəşrin maraq doğuran məqamlarından biri də “H.Z.Tağıyev toxuculuq fabriki fəhlələrinin gözü ilə” və “H.Z.Tağıyev Bakı sakinlərinin xatirələrində” fəsilləridir. Müasirlərin görkəmli ictimai xadimə həsr etdikləri şeirlər də kitabda öz əksini tapıb. Görkəmli xeyriyyəçi-mesenat, sahibkar Hacı Zeynalabdin Tağıyevin həyat salnaməsini, onun sahibkarlıq və ictimai fəaliyyətini əks etdikdən xatirə və oçerklər bu böyük şəxsiyyətlə maraqlananlar üçün faydalı olacaq.




 
Bölməyə aid digər xəbərlər
19.09.2020
Şamaxıda Kələxana türbələrində ilk dəfə tamaşa təqdim olunub
18.09.2020
Musiqili Teatr mövsümü “Ər və arvad”la açıq elan edəcək
18.09.2020
Üzeyir Hacıbəyli və musiqi xadimlərinin məzarları ziyarət edilib
17.09.2020
Azərbaycanda özəl sektor mədəniyyət sahəsinə də cəlb ediləcək
16.09.2020
“Oltin ko`prik: Qızıl körpü” adlı sənədli film hazırlanır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
2 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
3 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
4 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
5 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info