Yeni aerovağzal ildə 3 milyon sərnişinə xidmət göstərəcək
Tarix: 23.09.2013 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin tikintisi davam edir.
İşlər tam başa çatdırıldıqdan sonra aerovağzal ildə 3 milyon sərnişinə xidmət göstərəcək.
Layihənin icraçısı Azərbaycanın “Azvirt” şirkətindən bildiriblər ki, tikinti işlərinə 2011-ci ilin mart ayından başlanılıb. Layihəyə əsasən, ən müasir standartlara cavab verəcək aerovağzal kompleksinin ərazisi 58 min kvadratmetr təşkil edəcək. Üçbucaq formasında olacaq 4 mərtəbəli bina istifadəyə verildikdən sonra buradan beynəlxalq aviareyslər, mövcud terminaldan isə yerli reyslər həyata keçiriləcək. Yeni terminal binasında beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki nailiyyətlərin tətbiqinə geniş yer veriləcək. Layihənin məqsədi sərnişin və yük daşınmaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəltmək, təyyarələrin uçuşlarının təhlükəsizliyini dünya standartlarına uyğunlaşdırmaqdan ibarətdir. Yeni aerovağzal kompleksinin cari ildə istifadəyə verilməsi nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
İtaliya-Azərbaycan ticarət dövriyyəsi 30 faiz azalıb
17.09.2020
Azərbaycan iqtisadiyyatının bərpası 2020-ci ilin sonunadək başlayacaq
17.09.2020
Son 17 ildə yüzlərlə müasir sənaye müəssisəsi, yeni sənaye sahələri yaradılıb
17.09.2020
“General Əliağa Şıxlinski” gəmisinin təmir işləri başa çatıb
17.09.2020
Qəbələyə çəkilən dəmir yolu xətti ilin sonunadək işə düşə bilər -VIDEO

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Aparıcı dovşanlarına malikanə tikdirib-VIDEO
2 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
3 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
4 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib
5 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info