Elə xərçəng növləri var ki, onları aşkar edib toxunmağa dəyməz
Tarix: 01.02.2020 | Saat: 22:39:00 | E-mail | Çapa göndər


Hiperdiaqnostika nədir?

Avstraliyalı alimlər onkologiya ilə bağlı maraqlı bir açıqlama ediblər. Onlar bir neçə tədqiqatın nəticəsində bu qərara gəliblər ki, bəzi şiş növlərini diaqnoz edib, əməliyyat və müalicəyə cəlb etmək lazım deyil.

Medicina.az xəbər verir ki, bir çox bədxassəli şişlər diaqnoz olunana qədər xəstəyə heç bir narahatlıq vermir və ölüm təhlükəsi yaratmır. Söhbət hiperdiaqnostikadan gedir. Yəni kütləvi olaraq insanların skrininqi, xərçəngi erkən təyin edib, erkən müdaxilə etmək. Amma iş ondadır ki, bəzi şişlərin müalicəyə necə reaksiya verəcəyi məlum deyil.
Alimlərin yeni elmi tədqiqatının nəticəsi Medical Journal of Australia-da dərc edilib. Müəlliflərin fikrincə 42% hallarda prostat, 42% halda böyrək, 73% halda qalxanvari vəz, 58% halda melanoma, 22% halda qadınlarda süd vəzi xərçəngi şişləri əbəs yerə üzə çıxarılıb müalicəyə cəlb edilib.
Diaqnoz zamanı şişin müalicəyə necə cavab verəcəyi və xəstənin həyatı üçün nə qədər şans verəcəyi məlum olmur. Məsələ diaqnostika ilə bitmir.
Bəzən pasiyentlər əbəs yerə lazımsız hallarda şiş çıxarma əməliyyatlarına məruz qalır. Halbuki həmin şişlər heç vaxt simptom verməyəcəkdi.
Məsələn, ən çətin diaqnostika süd vəzilərindədir. Həkimlər 90% hallarda şişin nə dərəcədə aqressiv və həyati təhlükəli olduğunu deyə bilmir. Əminsizlik faizi çox olsa da süd vəzidə şiş aşkarlanıb deyə qadın yüksək dozalı güclü kimyaterapiyaya cəlb olunur. Bəzən isə bu müalicə onun 2-3 il sonra ölümünün qarşısını ala bilmir.
“Tibdə potensial fayda və potensial zərər anlayışı var. Onkoloqlar bunu nəzərə almalıdır. Biz həddən artıq çox hiperdiaqnostika və həddən artıq çox müalicəyə görə narahatıq” deyə alimlər bildirir.




 
Bölməyə aid digər xəbərlər
05.04.2020
GMO-nun zərərləri
05.04.2020
İndi mövsümü olan əməköməci koronavirusa qarşı- Virus və bakteriyaları öldürür
03.04.2020
Tətbiq edilən qaydalara etinasız yanaşan hər kəsin yaşından asılı olmayaraq koronavirusa yoluxma riski yüksəkdir
03.04.2020
“Sağlam immun sistem üçün, sağlam bağırsaq florasının olması çox vacibdir!”
02.04.2020
Koronavirusun müalicəsində akupunktur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info