Avropa kitabxanaçıları Bakıda
Tarix: 23.09.2013 | Saat: 19:38:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev Avropa Milli Kitabxanaları Konfransının prezidenti Bruno Rasineni və Avrasiya Kitabxanalar Assambleyasının vitse-prezidenti Qulisa Balabekovanı qəbul edib.
Avropa Milli Kitabxanaları Konfransının növbəti toplantısının Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayan dövlət başçısı tədbirdə dünyanın müxtəlif ölkələrini təmsil edən nümayəndələrin iştirakının önəmini qeyd edib. Prezident İlham Əliyev konfransda müzakirə olunacaq məsələlərin kitabxana işinin inkişaf etdirilməsi ilə bağlı beynəlxalq əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Dövlət başçısı qonaqların ölkəmizə bu səfərinin Azərbaycan ilə yaxından tanış olmaq üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib. Ölkəmizə ilk səfərlərindən məmnunluğunu bildirən Avropa Milli Kitabxanaları Konfransının prezidenti Bruno Rasine Bakının mərkəzində Azərbaycan Milli Kitabxanasının binasının onlarda dərin təəssürat yaratdığını deyib. III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimində və Azərbaycan Milli Kitabxanasının 90 illik yubiley tədbirində iştirak edəcəklərini vurğulayan qonaq Avropa Milli Kitabxanaları Konfransının növbəti toplantısının Bakıda keçirilməsinin əhəmiyyətini qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
27.09.2020
MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur
27.09.2020
Ordumuza məxsus 3 tank, 2 helikopter və 3 pilotsuz uçuş aparatının vurulması yalandır
27.09.2020
Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib
27.09.2020
MN: Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb
26.09.2020
Gürcüstan Müsəlmanları İdarəsinin müftisi istefa verib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info