Badımcanlı cücə qızartması
Tarix: 23.09.2013 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


Ərzaqlar:
1 kq cücə əti
3 ədəd baş soğan
2 diş sarımsaq
2 ədəd pomidor
5-6 ədəd badımcan
4-5 ədəd dəfnə yarpağı
3 x.q un
Duz
Istiot
Zeytun yağı

Hazırlanması:
Cücə ətini yuyub təmizlədikdən sonra duzlayıb istiotlayıb qarışdırırıq.
Tavada yağı qızdırıb əti töküb hər tərəfini çevirib qızardırıq.
Soğanın və sarımsağın qabığını soyub yuyub xırda doğrayırıq.
Pomidorun qabığını soyub xırda doğrayırıq.
Soğan ilə sarımsağı yağda duz töküb qızılı rəngdə olana qədər qızardırıq.
Sonra doğranmış pomidoru əlavə edib suyu çəkilənə qədər qovururuq.
Hazır pomidorlu soğançanın içinə qızardılmış cücə ətini yığırıq. Dəfnə yarparlarını aralarına düzüb 1/2 st su töküb vam odda yağa düşənə qədər bişiririk. Hazır olana yaxın duz və istiotuna bir daha baxıb əlavə edirik.
Badımcanın qabığını soyub uzunsov nazik doğrayıb duzlayırıq. 10-15 dəqiqə saxladıqdan sonra acı suyunu sıxıb çıxardıb soyuq su ilə yuyub sıxıb götürürük.
Badımcanı azca duzlayıb una batırıb qızdırılmış yağda hər iki üzünü qızardırıq.
Yeməyi süfrəyə verdikdə qabın ortasına cücə ətini yığıb yanlarına qızardılmış badımcanları düzürük.
Nuş olsun!




 
Bölməyə aid digər xəbərlər
23.09.2020
Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO
17.09.2020
Ətli dovğa
11.09.2020
Ev şəraitində Xan kababı-VIDEO
05.09.2020
Corat qutabı-VIDEO
28.08.2020
Öz buğunda bişirilmiş kütüm

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info