Ölü qız qayıtdı, xilas etdi, yoxa çıxdı
Tarix: 23.09.2013 | Saat: 20:57:00 | E-mail | Çapa göndər


Tailandda Milli hava limanları idarəsi komissiyası "Thai Airways International" aviaşirkətinə məxsus təyyarənin Banqkok hava limanında sərt enişini araşdırır. Həmçinin sərnişinlərin təxliyyə olunmasında yardımçı olan "ruh stüardessa" axtarılır.
Çinin Quançjou hava limanından uçan təyyarə sentyabrın 15-də Banqkok hava limanında sağ tərəf şassinin xarab olması ucbatından sərt eniş edib. Təyyarə uçuş zolağından xeyli kənara çıxıb. Hadisə zamanı ölən olmasa da, 13 nəfər təxliyyə zamanı xəsarət alıb.
Sərnişinlərdən biri yerli telekanala açıqlamasında deyib ki, həmin an dəhşətli panika var idi: "Hamı düşünürdü ki, təyyarə yanacaq və qəza çıxışlarından qaçmağa çalışırdılar. Stüardessalar özlərini itirmişdilər və vəziyyət nəzarətdən çıxmışdı. Panikanın qızğın vaxtında Tailand milli geyimində olan stüardessa gördüm. Sinəsindəki birkadan adını oxuya bilmədim. O çox sakit tərzdə sərnişinlərə müraciət edir, səliqə-səhman yaradırdı. Təxliyyədən sonra isə onu heç kim görmədi".
Hadisədən sonra heyət işçilərinin hamısı aviaşirkətin geyimində olduqlarını iddia ediblər. Müşahidə kameralarından da görünür ki, bütün heyət üzvləri aviaşirkətin uniformasında olublar.
Ekstrasenslər isə iddia edirlər ki, həmin "qoruyucu mələk" 1998-ci ildə "Thai Airways"-ə məxsus təyyarənin qəzaya düşməsi nəticəsində ölən stüardessalardan biridir.




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Belçikaya mәxsus qırıcı Fransada qәzaya uğrayıb
19.09.2019
Ukraynada körpünü partlatmaq istəyən şəxs saxlanılıb
19.09.2019
Əfqanıstanda güclü partlayış olub: 7 ölü, 85 yaralı
18.09.2019
Hindistanda ildırım 17 nəfəri öldürdü
18.09.2019
Yol polisini təhqir edən sürücüyə 15 sutka həbs cəzası verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info