“Seçkilər çox böyük rəqabət şəraitində keçəcək”
Tarix: 03.02.2020 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


Orxan Əliyev: “Azərbaycançılıq ideologiyasını əsas tutaraq Qazaxıstanda planlı şəkildə fəaliyyətimizi davam etdirməliyik”

Fevralın 9-da keçiriləcək parlament seçkiləri xaricdə yaşayan soydaşlarmız tərəfindən də müsbət qarşılanıb. Bu mövzuda Qazaxıstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqı sədrinin müavini Orxan Əliyev “Palitra”ya müsahibə verib.

- Seçki ilə bağlı dövlətin yaratdığı şəraiti necə qiymətləndirirsiz?

- Azərbaycan hər zaman islahatlara açıq olan ölkədir. Davamlı olaraq ölkəmizdə müxtəlif sahələrdə islahatlar aparılır. Ötən il isə Azərbaycanda köklü islahatlar aparılan il kimi yadda qaldı. Məhz bu istiqamətdə aparılan işin tərkib hissəsi olaraq Prezident tərəfindən 9 fevralda növbədənkənar parlament seçkilərinin keçirilməsi qərarı verildi. Parlament seçkili orqandır. Burada məhz xalq tərəfindən seçilən layiqli namizədlər yer alırlar. Seçki məsələsi Azərbaycanın ictimai-siyasi həyatında hər zaman mühüm hadisə olub. Xaricdən müşahidələrimizə əsasən deyə bilərəm ki, dövlət tərəfindən seçki ilə bağlı münbit şərait yaradıllb. İstər namizədlərin imzatoplama mərhələsi, istərsə də hazırki təşviqat dövründə biz bunu müşahidə edirik. Prezident İlham Əliyev yanvarın 30-da ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tseretelini qəbul edərkən qeyd edib ki, Azərbaycan rəhbərliyi seçki prosesinin ədalətli, şəffaf, Azərbaycan qanunvericiliyinə və beynəlxalq standartlara uyğun şəkildə keçirilməsi üçün lazımi şəraitin yaradılması istiqamətində bütün tədbirləri həyata keçirib. Bu seçkilərdə 1374 namizədin qeydə alınması, ümumilikdə 61 min 813 yerli müşahidəçinin qeydiyyatdan keçməsi bunun bariz nümunəsidir. Maraqlıdır ki, seçkiləri izləmək üçün 694 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Bütün bunlar o deməkdir ki, müşahidəçilər seçki prosesində fəal iştirak edəcəklər. Bu da çox önəmli məsələdir. Çünki seçkilər çox böyük rəqabət şəraitində keçəcək. Namizədlərin həddindən artıq çox olması da bunu deməyə əsas verir.

- Namizədlərin təşviqat kampaniyasını müşahidə edə bilirsinizmi?

- Bəli, internetdən namizədlərin təşviqat kampaniyasını izləyirik. Təşviqat kampaniyasında çox böyük fəallıq hiss olunur. Lakin bir çox namizədlərin platformaları daha çox lokal xarakter daşıyır. Yəni, əsasən məişət, məhəlli problemlərin həlli üçün çalışacaqlarını qeyd edirlər. Beynəlxalq alımə çıxış, Qarabağ həqiqətlərinin xaricdə yayılması, dünya azərbaycanlılarının birliyinə fokuslanmış namizədlər çox azdır. Məsələn, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı həkimlərin, elm adamlarımızın, idmançıların, iş adamlarının və s. axtarıb tapılması, onların öz ölkəmizə töhfələr vermələri üçün layihələrin həyata keçirilməsi məsələsi qabardıla bilər.
Amma müsbət haldır ki, namizədlər innovativ formada öz təşviqatlarını aparırlar. Hətta ictimai rəyin öyrənilməsi üçün bəzi namizədlər arasında saytlarda onlayn səsvermələr keçirilir. Xaricdə yaşamağımıza baxmayaraq, biz də öz rəyimizi belə səsvermələrdə bildiririk. Azərbaycanda budəfəki seçkiöncəsi təşviqat kampaniyası sosial şəbəkələrin, xüsusən də "Facebook"un gündəminə gəlməsi ilə özəllik təşkil edir. Öncəki seçkilərdə sosial şəbəkələr bu baxımdan seçkilərdə təbliğat vasitəsi kimi istifadə olunmamışdı. Ümumiyyətlə, artıq bu, günün reallığıdır. Sosial media dünya əhalisinin həyatının ayrılmaz hissəsinə çevirilib. Buna görə də seçkilərdə də sosial şəbəklərdə təbliğat üstünlük təşkil edir. Xatırlayırsınıza ABŞ-ın indiki prezidenti Donald Tramp da öz seçki təşviqatını mətbuatla deyil, "Twitter" üzərindən aparırdı. Elə qardaş Türkiyədə də son seçkilərdə namizədlər öz debatlarını əsasən "Twitter"lə edirdilər. Bu tendensiya bizim yaşadığımız Qazaxıstanda da baş verir. Qazaxıstandakı seçkilərdə də namizədlər öz siyasi fkirlərini və ümumiyyətlə, platformalarını sosial şəbəklərdə açıq şəkildə yayırlar.

- Ümumiyyətlə, diaspor üzvü olaraq seçkiyə münasibətiniz necədir?

- Kimliyindən və harada yaşamasından asılı olmayaraq hər bir insanın əsas ictimai məsuliyyəti dövlətə və dövlətçiliyə xidmət etməkdir. Biz də başqa ölkədə yaşasaq da, dövlətimizdə baş verən hər hansı hadisəyə biganə qala bilmərik. Bu baxımdan 9 fevralda keçiriləcək parlament seçkiləri də mühüm ictimai-siyası hadisədir. Və biz də ümid edirik ki, bu seçkilərdən sonra yeni parlament heyəti şərəflə çalışacaq. Seçiciləri dinləmək, çətinliklərinə yardımçı olmaq, deputat üçün qürurdur və bu, onun işinə olan məsuliyyəti daha da artırır. Bu gün Azərbaycan dövləti öz vətəndaşlarına sahib çıxır. Millət vəkilləri də bu baxımdan seçicilərin yanında olmalıdır. Seçicilərinə qarşı olan hər hansı haqsızlığı özünə qarşı bilmiş olmalı və bunların aradan qaldırılmasına çalışmalıdır. Belə halların təkrarlanmaması üçün aidiyyəti orqanlarda məsələ qaldırmalıdır. Ümumiyyətlə, seçici üçün çalışmağı hər bir deputat özünə şərəf bilməlidir. İnanıram ki, yeni seçilən deputatlar var qüvvələrilə çalışıb xalqın etimadını doğruldacaqlar.
Mən bu seçkidə hər bir namizədə uğurlar arzulayıram. 9 fevralda Azərbaycan vətəndaşlarını parlament seçkilərində yaxından iştirak etməyə çağırıram. Bütün seçkilərdə vətəndaşların fəal iştirakı onların Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə verdikləri dəyərli töhfədir.

-Təmsil etdiyiniz təşkilat Qazaxıstanda nə kimi aktivlik göstərir?

- Qazaxıstandakı soydaşlarımız hər zaman öz aktivliklərini davam etdiriblər. Bu baxımdan Qazaxıstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqı həmişə öndə olub. Lakin, bildiyiniz kimi, 2018-ci ildə diasporumuzun ağsaqqalı, Qazaxıstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqının sədri Vidadı Salahov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. Onun yoxluğu Qazaxıstandakı diasporun fəaliyyətinə öz təsirini göstərdi. Belə desək, diaspor ondan sonra bir müddət özünü toparlaya bilmədi. Bu məsələ həm Azərbaycanın Qazaxıstandakı səfirliyini, həm də burdakı soydaşlarımızı narahat edirdi. Ötən il isə ümumi razılığa əsasən Qazaxıstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqının sədri vəzifəsinə Fəxrəddin Məhərrəmov təsdiqləndi. Fəxrəddin müəllim uzun zamandır ki, Qazaxıstanda yaşayır və rəsmi vəzifələrdə çalışmış ziyalı, vətənpərvər soydaşımızdır. İnanıram ki, onun rəhbərliyi ilə Qazaxıstında diaspor hərəkatı aktiv müstəviyə qalxacaq.
Diaspora kimin rəhbərlik etməsindən asılı olmayaraq biz həmrəylimizi qorumalıyıq. Hər birimizin burada diaspor məsuliyyəti var. Atılan hər bir addım ayrımçılığa deyil, birliyimizə xidmət etməlidir. Biz öncə düşüncə və ideyalarımızı biləşdirməliyik. Məhz bindan sonra da güclü real birlik nümayiş etdirə bilərik. Xüsusən azərbaycançılıq ideologiyasını əsas tutaraq planlı şəkildə fəaliyyətimizi davam etdirməliyik.
Artıq ötən ilin sonundan başlayaraq bir sıra tədbirlər keçirməyə başlamışıq. Belə ki, Nur-Sultan şəhərində 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təntənəli şəkildə bayram mərasimi keçirdik. Tədbirdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov başda olmaqla səfirliyin əməkdaşları, yerli rəsmilər, Qazaxıstandakı ziyalı soydaşlarımız, eləcə də digər xalqların diaspor üzvləri iştirak etdilər.
Bundan başqa Qazaxıstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqının "Dostluq Evi"ndə hesabat yığıncağı oldu. Bu yığıncaqda görülən işlərin hesabatı dinlənildi və yeni il planları müzakirə olundu. Biz bir çox fəaliyyətləri və əlaqələrimizi gücləndirəcəyik. Azərbaycanın Qazaxıstandakı səfirliyi ilə davamlı əməkdaşlıq edirik. Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlığımızı sıxlaşdıracağıq. Artıq bu ildən Qazıxıstanda azərbaycanlılardan ibarət "Qədir" ("Кадыр") rəqs ansamblı bizim təşkilatın nəzdində fəaliyyətini davam etdirəcək.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
27.03.2020
Evdə qalın ki, sabahlarınız sevdiklərinizlə açılsın!-VİDEO
20.03.2020
Əsgərlər ailə üzvlərinə bayram təbriklərini videoəlaqə vasitəsilə çatdırır - VİDEO
19.03.2020
Erməni ekspert: “Ermənistanın vəziyyəti daha da ağırlaşacaq”
17.03.2020
Nəsimi Əbilov: “Operativ Qərargahın qərarlarına, tövsiyələrinə hər kəs əməl etməlidir”
10.03.2020
“Gənclərimiz bu ilin “Könüllülər ili” elan olunmasından faydalanmalı və yararlanmalıdırlar”

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11485

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info