Cəmil Həsənli niyə platforması barədə danışmaqdan yayınır?
Tarix: 23.09.2013 | Saat: 22:16:00 | E-mail | Çapa göndər


“Milli şura”nın namizədi Cəmil Həsənli İTV-dəki teledebatda özünün seçki platformasından danışmaq əvəzinə əsassız və gülünc iddialarla çıxış edərək hakimiyyəti korrupsiya ilə bağlı “faktlara” dair hesabat verməyə çağırıb.
Korrupsiyaya qarşı mübarizədə bu qədər görülən işlərə kor olan müxalifətin həqiqətən də kor olan liderinin debatda özünü məhz bu istiqamətdə “qəhrəman” göstərəcəyi əslində əvvəlcədən proqnozlaşdırılan idi. Seçki ilə bağlı axı özünün deməyə sözü yoxdur. Ümumiyyətlə Azərbaycan hökuməti milli gəlir, büdcə gəliri və xərcləri ilə bağlı hər il xalqa hesabat verir. Amma heç kim, o cümlədən hakimiyyətdə təmsil olunan şəxslər hansısa qərəzli, barmaqdan sorma “faktlar” və ittihamlara cavab verməyə borclu deyillər. Belədirsə, hər dəfə ortaya qondarma bir arayış, qəbz, bank hesabı və s. çıxarıb müxalifət başbilənlərini sorğu-suala çəkmək, onlardan hesabat tələb etmək olar.
Cəmil Həsənli onun prezidentliyə namizədliyini irəli sürmüş qurumun üzvlərindən qalmaqallı maliyyə ittihamlarına dair hesabat verməyi niyə tələb etmir? Qoy elə onun komandasından olan Əli Kərimli 2011-2012-ci illərdə bank hesablarından 8 milyon 388 min manat pul çıxarmasının hesabatını versin. O, bu pulları haradan alıb və hara xərcləyib? Nəyə görə bu qədər pulun sahibi maşınının pulunu partiya üzvlərinə ödətdirir? Rüstəm İbrahimbəyovun Eldar Namazova ötürdüyü 100 min manatın aqibəti necə oldu? Nəyə görə qiyməti maksimum 20-30 manat olan bayraqlar 120 manata rəsmiləşdirilib? C.Həsənliyə imza toplanması üçün “milli şura”ya ayrılmış 500 min manat necə xərclənib? Əgər onlar belə doğru-dürüstdürlərsə, qoy bu məsələlərə aydınlıq gətirsinlər.
Beləcə məşhur Azərbaycan məsəlinin nə qədər doğru olmasının şahidi oluruq: “Oğru elə bağırdı ki, doğrunun bağrı çatladı”.
Seçki platforması haqqına danışmayıb cəfəngiyyat dolu ittihamlarla çıxış edən Cəmil Həsənli teledebatda bildirib ki, “milli şura”nın seçki platformasını çatdırmaq üçün 6 dəqiqə kifayət deyil. Buna görə də o, öz platformasını seçicilərlə görüşdə deyəcək.
Seçicilərlə görüşdə hər şey haqqında danışdılar, amma bu “milli şura”nın məqsədi, məramı barədə bir kəlmə də söz demədilər. Çünki onlar 20 ildən artıqdır ki, dediklərini təkrar etməklə məşğuldular. “Milli şura”nın seçki strategiyası, onun namizədinin platforması, proqramı yoxdur. Orada təmsil olunanlar dünya siyasəti, geosiyasi reallıqlar barədə təsəvvürə malik deyillər. Ölkəni necə idarə edəcəkləri, hansı addımları atacaqlarını ağıllarına belə gətirmirlər. Buna görə də fraqmentar şəkildə xalqa boş və mənasız vədlər verirlər ki, bu da onların seçkiqabağı təbliğatının elementini təşkil edir. Bu vədlər də 1990-cı illərdəki “süd gölü”, “8 santimetrlik qızıl yol” nağılından heç nə ilə fərqlənmir.
Yaxud Cəmil Həsənlini qabağa verən liderlərdən olan AXCP sədri Əli Kərimli “Facebook” səhifəsində İctimai Televiziyada “döyüşlər” getdiyini, bu döyüşlərdə Cəmil Həsənlinin “gözlənilməz, dəqiq və ardıcıl zərbələri ölkəmizi uzun müddət işğalda saxlayan qüvvələri sarsıtdığını” iddia edir.
Nə qədər gülünc və iyərnc səslənən fikirlərdir deyilmi?! Əvvəla, Əli Kərimli və İsa Qəmbər televiziya debatlarında üzlərinə deyiləcək həqiqətlərdən utanaraq Cəmil Həsənlini qabağa verdilər. Yaşlı bir insanı öz iyrənc oyunlarının qurbanı etmək özü-özlüyündə insanlığa sığmayan hərəkətdir. Amma Cəmil Həsənliyə bu da azdır. Hələ ki, ona 5-10 adam salam verir, seçkilər bitəndən sonra salam verən də olmayacaq. Çünki o, Əli Kərimli və İsa Qəmbər tərəfindən “birdəfəlik əşya” kimi istifadə olunub, tullanacaq. İkinci bir tərəfdən bunlar müxalifətdəki yerlərinə o qədər alışıblar ki, dediklərinə özləri də inanmırlar. Amma C.Həsənlini qızışdırıb bu cəfəngiyyata inandırıblar. O da heç olmasa, oktyabrın 9-a qədər “lider”, “prezident” olmağın ləzzətini duymaq istəyir. Buna görə də rola girib.
Qısası, Rüstəm İbrahimbəyovla qurduqları tamaşanı Cəmil Həsənlinin baş rolu ilə bitirməyə çalışan müxalifət liderlərinin iyrənc əməlləri və fikirləri artıq cəmiyyətdə get-gedə daha da ikrah hissi oyadır.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini həmişə hiss edirik
22.09.2019
“Tapa” qasırğası Koreya Respublikasında insan tələfatına səbəb olub
22.09.2019
Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb
22.09.2019
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib
22.09.2019
Erməni qadınların ağuşundakı avropalı deputatlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info