Bakı-Tiflis-Qars dəmiryolu Türkiyə ilə ticarət dövriyyəsini artıracaq
Tarix: 23.09.2013 | Saat: 22:20:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Türkiyənin gömrük və ticarət nazirinin müavini Fatih Metinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Komitədən verilən məlumata görə, A.Əliyev qardaş ölkənin dövlət rəsmisi ilə görüşdən məmnun olduğunu söyləyərək, ölkəmizin xarici iqtisadi siyasətində Türkiyə Cümhuriyyəti ilə əlaqələrin daha da genişləndirilməsinin vacib amil kimi daim diqqət mərkəzində saxlanıldığını diqqətə çatdırıb.
İki qardaş ölkənin gömrük qurumları arasında əlaqələrə gəlincə, A.Əliyev əməkdaşlığın hazırkı vəziyyətindən razılığını bildirib, xüsusilə qarşılıqlı təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib. O, Azərbaycan gömrük xidmətində qaçaqmalçılıqla, xüsusilə narkotiklərlə mübarizə istiqamətində Türkiyə təcrübəsinin tətbiqinin bu sahəyə müsbət təsirindən danışıb, qarşılıqlı əməkdaşlığın əhatə dairəsinin daha da genişləndirilməsinin, bu istiqamətdə həyata keçirilən tədbirlərin gələcəkdə də davam etdirilməsinin zəruriliyini bildirib. Türkiyə ilə Azərbaycan arasında iqtisadi-ticari əlaqələrin durmadan inkişaf etdiyini söyləyən komitə sədri iki ölkə arasında ticarət dövriyyəsinin ildən-ilə artmasını sevindirici hal kimi dəyərləndirib, gələcəkdə dövriyyənin daha da artacağına əminliyini ifadə edib. DGK sədri xarici iqtisadi münasibətlərdə Türkiyənin Azərbaycan üçün xüsusi önəm daşıdığını bildirərək, ümumilikdə qardaş ölkənin respublikamızla iqtisadi əlaqələrdə öncül yerlərdə qərarlaşdığını məmnunluqla diqqətə çatdırıb. Türkiyənin gömrük və ticarət nazirinin müavini F.Metin ilk öncə DGK sədrinin Ümumdünya Gömrük Təşkilatı sədrinin Avropa regionu ölkələri üzrə müavini seçilməsi münasibətilə təbriklərini çatdırıb, qardaş ölkə olan Azərbaycana səfərindən razılıqla söhbət açıb, respublikamızda sürətli iqtisadi inkişaf tempindən xeyli məmnun qaldığını diqqətə çatdırıb. Ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən qonaq ticarət dövriyyəsinin artmasını sevindirici hal kimi dəyərləndirib, dövriyyənin bundan sonra da artırılması üçün geniş imkanların mövcud olduğunu, buna həm Türkiyənin, həm də Azərbaycanın yüksələn dinamika ilə inkişaf edən iqtisadiyyatlarının imkan verdiyini qeyd edib, Bakı-Tiflis-Qars dəmiryolunun istismarından sonra dövriyyənin daha da artacağına ümidvar olduğunu bildirib. İqtisadi əlaqələrdə gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edən F.Metin iki ölkənin uyğun qurumları arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb, təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib. Görüşdə Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun iştirak edib. Sonra türkiyəli qonaqlar Dövlət Gömrük Komitəsində Hədəf Mərkəzinə baxış keçiriblər. Bildirilib ki, BMT İnkişaf Proqramının Azərbaycan Gömrük Xidmətinin təkmilləşdirilməsi layihəsi üzrə yaradılan Hədəf Mərkəzinin məqsədi ölkənin gömrük-buraxılış məntəqələrində, eləcə də daxili gömrük orqanlarında, hava limanında və dəmir yolunda həyata keçirilən gömrük prosedurlarını vahid mərkəzdən müşahidə etməkdir. Bu görüntülər yerlərdə quraşdırılan 800-dək kamera vasitəsilə birbaşa Hədəf Mərkəzinə ötürülür və buradakı 20 monitorla izlənilir. Qonaqlar Hədəf Mərkəzinin işi ilə tanışlıqdan məmnunluqlarını bildirərək, onun üstün imkanlarını yüksək dəyərləndiriblər.




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Leyla Əliyeva Bakıda 7-ci arena polo üzrə dünya kubokunun final görüşünə baxıb
15.09.2019
Türkiyə “Kərkük-Ceyhan“ı sürətləndirmək istəyir
15.09.2019
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub
15.09.2019
Rusiyanın Uzaq Şərqi su altında qalır
15.09.2019
Mehriban Əliyeva şagird və tələbələri Bilik Günü münasibətilə təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info