İslim kababı necə hazırlanır?
Tarix: 04.02.2020 | Saat: 01:36:00 | E-mail | Çapa göndər



Bir çox kabab yeməyi ət və tərəvəzin birgə harmoniyasından yaranır. Bu gün sizə “Türkiyə mətbəxi” silsiləsindən təqdim edəcəyimiz islim kababı bu növ bir yeməkdir.


Ümumtürk mədəniyyətində kababın xüsusi yeri var. Elə ona görə Türkiyə mətbəxi dedikdə də adamın fikrinə o saat kabab gəlir. Amma bu mətbəxdə kabablardan başqa, çoxlu tərəvəz və paxla yeməkləri var, bunu unutmayaq. Hətta bir çox kabab yeməyi ət və tərəvəzin birgə harmoniyasından yaranır.
İstəkli yemək və yeməkbişirmə həvəskarları, bu gün sizə “Türkiyə mətbəxi” silsiləsindən təqdim edəcəyimiz islim kababı bu növ bir yeməkdir. İslim kababı, yəni badımcana bükülmüş ət yeməyi Türkiyənin qastronomiya paytaxtı kimi tanınan Qaziantep şəhərinə aid bir xörəkdir. Badımcanla ətin birliyindən yaranan islim kababı necə hazırlanır, indi onun tərifini verməyə başlayaq.

İslim kababı üçün əvvəlcə lazım olan materialları sayaq:

4 ədəd badımcan,
1 stəkan ərinmiş yağ,
4 ədəd xırda pomidor,
2 ədəd yaşıl istiot,
500 qram çəkilmiş ət,
1 ədəd soğan,
4 yemək qaşığı un halında çörək qırıntıları (qareta unu),
2 diş sarımsaq,
1 ədəd yumurta,
yarım (½) çay qaşığı duz,
yarım çay qaşığı qırmızı acı bibər,
yarım çay qaşığı zirə,
yarım çay qaşığı istiot.

İslim kababının sousu üçün:

2 yemək qaşığı duru (maye) yağ,
2 ədəd pomidor,
1 diş sarımsaq,
yarım stəkan qaynar su,
çay qaşığının 4-də 1-i qədər (¼) duz,
yarım çay qaşığı istiot.

Zaman gəldi islim kababını hazırlamağa. İlk iş olaraq qabığını zolaqlar halında soyduğunuz badımcanları iti bıçaqla uzununa 4 parça olaraq kəsib dilimlərə bölün. Acısının çıxması üçün yarım saata qədər duzlu suda saxlayın.

Bu arada çəkilmiş əti dərin bir qaba tökün. Rəndələnmiş (və ya çəkilmiş) soğan, yumurta, un halında olan çörək qırıntıları, sarımsağın əzməsi, yarım çay qaşığı duz, qırmızı bibər, zirə və istiotu əlavə edib hamısını birlikdə yaxşıca qarışdırın, 10-15 dəqiqə yoğurun.

Yoğurduğunuz qarışıqdan bir az götürüb ovzunuzda yuvarlayaraq 8 ədəd top düzəldin. Bu topları 2 qaşıq duru yağ tökdüyünüz tavada çevirib bişirin.

Bu arada, duzlu suda dincələn badımcanların suyunu süzüb onları bol suda yaxalayın. Üstünü kağız dəsmal və ya dəsmalla silin. Tavaya stəkanın 3-də 2-si (2/3) qədər duru yağ töküb isidin. Badımcanları bu yağda rəngi dəyişənə qədər qızardın. Artıq yağını yenə kağız dəsmalın köməyilə alın.

İndi isə saplaq hissələrini kəsdiyiniz yaşıl bibərləri 4, xırda pomidorları isə 2-yə bölün. İki ədəd qızarmış badımcan zolağını üstəgəl şəklində boşqaba yerləşdirin. Orta hissəsinə bir ədəd qızarmış qiymə topunu qoyub bağlayın. Üzərinə bir parça yaşıl bibər və pomidorları da yerləşdirib çöplə bir-birinə sıxın. Bütün qiymə toplarına eyni əməliyyatı yerinə yetirin və hamısını elektrikli soba boşqabına yerləşdirin.
Digər tərəfdə 2 yemək qaşığı duru yağı kiçik bir qabda isidin. Rəndələnmiş pomidor, əzilmiş sarımsaq, duz və istiotu əlavə edin. Hamısını birlikdə 4-5 dəqiqə qədər bişirin və qazın üzərindən götürün. Hazırladığınız bu sousu soba qabındakı badımcanların üstünə tökün. Yeməyinizi əvvəldən isidilmiş 180 dərəcə sobada 30 dəqiqə bişirin, sonra elə isti-isti süfrəyə gətirin, yeyin. Nuş olsun.




 
Bölməyə aid digər xəbərlər
23.10.2020
Manqal salatı
18.10.2020
Narşərab salatı
13.10.2020
Heyva dolması
23.09.2020
Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO
17.09.2020
Ətli dovğa

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11802

1 Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır
2 Manqal salatı
3 Əriştədən bir ailənin 9 üzvü öldü
4 İsraildən Azərbaycana humanitar yardım
5 Burunda olan tükləri kəsmək olmaz...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info