MDB ölkələrinin vahid təhsil məkanı
Tarix: 23.09.2013 | Saat: 22:27:00 | E-mail | Çapa göndər


Avrasiya Universitetləri Assosiasiyası Şurasının (AUAŞ) sentyabrın 24-də Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək iclasında MDB-nin iştirakçısı olan ölkələr arasında vahid təhsil məkanının inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.
“BELTA” xəbər verir ki, AUAŞ-ın iclası MDB-nin iştirakçısı olan ölkələrin yaradıcı və elmi ziyalılarının Minskdə keçiriləcək VIII Forumu çərçivəsində təşkil olunacaq. Şuranın iclasında Assosiasiyanın üzvü olan Birlik ölkələrinin - Azərbaycan, Belarus, Rusiya, Ukrayna, Gürcüstan, Tacikistan, Moldova və Latviyanın universitetlərinin 30-dan çox rektoru və prorektoru, o cümlədən Avrasiya Universitetləri Assosiasiyasının (AUA) prezidenti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) rektoru, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik Viktor Sadovniçi iştirak edəcəklər.
Tərəflər birlik ölkələri arasında vahid təhsil məkanının inkişafına, təhsil sisteminin təkmilləşdirilməsinə, universitetlərin əməkdaşlığına dair məsələləri müzakirə edəcəklər. Xatırladaq ki, AUA M.V.Lomonosov adına MDU-nun təşəbbüsü, Sovet İttifaqının ən iri 20 universitetinin dəstəyi ilə SSRİ Universitetləri Assosiasiyası kimi 1989-cu ildə özünün təsis qurultayında yaradılmışdır. 1992-ci ildə bu qurum yenidən təşkil edilərək Avrasiya Universitetləri Assosiasiyası adlandırılmışdır. Fəaliyyəti təhsil və elm sahəsində Avrasiya ideyalarının təcrübədə həyata keçirilməsinə yönəldilmiş bu ictimai qurum hazırda Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna və Ermənistandan 128 ali məktəbi birləşdirir.




 
Bölməyə aid digər xəbərlər
21.09.2020
Ermənistanda koronavirusdan ölənlərin sayı 936-ya çatıb
21.09.2020
Rusiyada beşmərtəbəli binada partlayışı baş verib, yaralılar var
20.09.2020
Ermənistanda koronavirusa yoluxanların sayı 47 431 nəfərə çatıb
19.09.2020
Putin Federasiya Şurasını toplayır
19.09.2020
Döyüşə erməni axçiləri gedir...

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
3 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
4 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
5 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info