“Lragir”: “Müstəqillik Ermənistanın ayağına bağlanmış yükdür”
Tarix: 23.09.2013 | Saat: 22:33:00 | E-mail | Çapa göndər


Aaron Adibekyan: “Bizim “siyasi elita”mız iqtisadi, enerji və hərbi müstəqilliyimizi güzəştə gedib, indi sırada siyasi
müstəqillikdir”


Bir neçə gün öncə Ermənistan dövlət müstəqilliyinin 22-ci ildönümünü qeyd edib. Amma ermənilər formal müstəqilliyi bayram kimi qeyd etməyiblər. Erməni sosioloq Aaron Adibekyan bildirib ki, müstəqillik illərində Ermənistanın itirdikləri qazandıqlarından dəfələrlə çox olub. Bu haqda “Lragir” məlumat yayıb. Sosioloq bildirib ki, Ermənistan 22 illik müstəqillik dönəmində 2,3 milyon vətəndaşını itirib. Üstəlik 90-cı illərin ikinci yarısında Ermənistan vətəndaşlarının 60 faizdən çoxu müstəqilliyin əleyhinə olub:

“Bir neçə ay əvvəl Rusiya Ermənistanın gözünü qorxutmaq kampaniyası apararkən Putinin qatı tərəfdarı olan Kurqinyan adlı birisi çıxıb deyirdi ki, müstəqillik Ermənistanın ayağına bağlanmış yükdür. Həmin vaxt bir çoxları onu antimilli siyasətdə ittiham edirdi. Amma indi Ermənistanda hər addımda “bu cür bərbad vəziyyətdə yaşayırıqsa, müstəqillik bizim nəyimizə lazımdır” iradlarını eşitmək mümkündür. Bu, müstəqillik zamanı baş verə biləcək ən pis haldır. 22 il ərzində özünü “elita” sayan zümrə müstəqillik ideyasına öyrəşə bilmədi. Belə olan halda həmin “elita” öz xalqını daha güclü olana satdı. Müstəqilliyə ehtiyac olmaması ilə bağlı düşüncə hakimiyyət dəhlizlərində də dolaşır. Bu, qul düşüncəsinin obrazıdır. Bizim “siyasi elita” müstəqil düşüncəyə sahib deyil, müstəqil qərar qəbul etmək iqtidarında deyil. Bizim “siyasi elita” ancaq müstəqilliyi itirməyimizə haqq qazandırmağı bacarır. Hakimiyyət qəsdən belə təsəvvür formalaşdırmağa çalışır ki, əhalinin narazılığı və miqrasiya müstəqilliklə bağlıdır. Əslində bu vəziyyət hakimiyyətin cinayətkar siyasəti ilə bağlıdır. Onlar çətin vəziyyəti müstəqilliyin boynuna yıxaraq məsuliyyətdən qaçmağa çalışırlar. 22 il ərzində bizim “siyasi elita”mız iqtisadi, enerji və hərbi müstəqilliyimizi güzəştə gedib, indi sırada siyasi müstəqillikdir. Belə “elita”ya görə sadə vətəndaşlar da artıq müstəqilliyə nifrət edirlər”.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
18.09.2019
İsveçrə portalında Gəncə şəhəri haqqında məqalə yerləşdirilib
18.09.2019
“Mitinqlər inkişaf etmiş cəmiyyətlər üçün xarakterik deyil”
18.09.2019
Özbəkistan və Tacikistan silahlı qüvvələrinin iştirak etdiyi “Mərkəz-2019” birgə hərbi təlimi
18.09.2019
Rusiya sərhədçiləri 160 nəfər Şimali Koreya vətəndaşını saxlayıblar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


19.09 08:35
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info