İstanbulda Xocalı soyqırımı ilə bağlı abidə ucaldılacaq
Tarix: 23.09.2013 | Saat: 23:16:00 | E-mail | Çapa göndər


Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə Türkiyənin İstanbul şəhərində "Qarabağ Təbliğat Turu" çərçivəsində Qarabağ həqiqətlərinin Türkiyə ictimaiyyətinə çatdırılması məqsədilə bir sıra görüşlər keçirilib.
QAT təmsilçiləri və Azad Qarabağ Uğrunda Alyansın nümayəndələri İstanbulun Bəylikdüzü bələdiyyə başqanı Yusuf Uzun ilə görüşüblər. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı durumu, Dağlıq-Qarabağ münaqişəsi barədə müzakirə aparılıb. Bələdiyyə başqanı Xocalı soyqırımına dair abidənin qoyulmasını, Türkiyənin müxtəlif şəhərlərində Qarabağ həqiqətlərinin Türkiyə və dünya ictimaiyyətinə çatdırılması baxımından silsilə tədbirlərin təşkil olunması, bu sahədə ölkələr arasında QHT-lərin birliyi məsələsini önə çəkib. O bildirib ki, Türkiyə və Azərbaycan arasında bir bağlılıq olmasına baxmayaraq, münasibətlər istənilən səviyyədə deyil. Y.Uzun bələdiyyə Məclisində keçiriləcək müzakirələrdən sonra Bəylikdüzü ərazisində fevral ayınadək Xocalı soyqırımına aid abidənin ucaldılacağını vurğulayıb. QAT sədri Akif Nağı isə qeyd edib ki, keçirilən görüşlərdə məqsəd Türkiyə ictimaiyyətinin Dağlıq Qarabağ məsələsində fəallığını artırmaq və bu istiqamətdə QHT-lər arasında müəyyən işlərin görülməsidir.




 
Bölməyə aid digər xəbərlər
30.09.2020
Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında sualları cavablandırıb YENİLƏNİB-2
29.09.2020
Gürcüstanın “report.ge” saytı Azərbaycan Prezidentinin çıxışından materiallar yayıb
29.09.2020
Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında sualları cavablandırıb YENİLƏNİB
29.09.2020
Azərbaycan-Estoniya Parlamentlərarası İşçi Qrupunun rəhbərindən estonliyalı həmkarlarına müraciət
29.09.2020
Ermənistanın Azərbaycana qarşı təxribatı ABŞ mediasında işıqlandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
3 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
4 Opera səhnəmizin “Nigar”ı
5 Xalqımızın halal haqqı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info