Lənkəranın üç kəndinə təbii qaz verilib
Tarix: 23.09.2013 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq, iyirmi illik fasilədən sonra Lənkəran rayonunun Viyən, Yuxarı Nüvədi və Mikalon kəndlərinə təbii qaz verilib. Bu məqsədlə Viyən kəndində 744 sayğac və fərdi tənzimləyici, 961 metr polietilen və 14 min 629 metr metal borular, Yuxarı Nüvədi və Mikalon kəndlərində isə 478 sayğac və fərdi tənzimləyici, 3 min 380 metr polietilen, 31 min 537 metr metal borular quraşdırılıb.
Kəndlərə təbii qaz verilməsi münasibətilə keçirilən mərasimlərdə çıxış edən “Azəriqaz” İstehsalat Birliyinin əsaslı tikinti şöbəsinin müdiri Natiq Ələsgərov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, ağsaqqallar, ziyalılar və ictimaiyyətin nümayəndələri sakinlərə təbriklərini çatdırmış, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə, dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, Lənkəran rayonunda əhalinin təbii qazla təmin edilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı işlər sürətlə davam etdirilir. Təkcə sentyabr ayında rayonun 15 kəndinə təbii qaz verilib. İlin sonunadək daha 9 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
18.09.2019
Azərbaycanın ən böyük elektrik enerjisi ixrac etdiyi ölkə Gürcüstandır
18.09.2019
İslahatlar 4,2 miyondan çox insanın yaşayışına müsbət təsir edib
18.09.2019
Mən qaçıb gizlənən adam deyiləm...
18.09.2019
Şimali Koreyaya aid balıqçı gəmisinin heyəti Rusiya sərhədçilərinə hücum edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 В Великобритании перешли на систему образования СССР
4 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
5 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info