“İlham: Bir Prezidentin portreti”
Tarix: 23.09.2013 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın “Diplomat” jurnalı Azərbaycan Prezidenti haqda məqalə dərc edib

Böyük Britaniyanın “Diplomat” jurnalı Azərbaycan Prezidenti İlham Əliyev haqqında "İlham: Bir Prezidentin portreti" adlı məqalə dərc edib.
Dövlət xadiminin ingilis dilindəki ilk tərcümeyi-halına nəzər salan Venetia van Kuffeler Azərbaycan Prezidenti İlham Əliyev haqqında alim, neft strategiyasını həyata keçirən şəxs kimi və onun hakimiyyətə yüksəlişi barədə tədqiqat aparıb. Qrem Hovard Uilson Azərbaycan Prezidenti İlham Əliyevin atası, SSRİ dövründə Azərbaycanı idarə edən və Sovet İttifaqında Siyasi Büronun üzvü və Baş nazirin birinci müavini olan Heydər Əliyev barədə bioqrafiya yazdığından bu işə olduqca savadlı tərzdə yanaşıb. Müəllif bu məzmunda İlham Əliyevin prezidentliyə yüksəlişini də işıqlandırmağa çalışıb. Q.H.Uilson Sovet İttifaqı kimi ağır bir rejimdə Heydər Əliyevin hakimiyyətdə sürətli yüksəlişini və bunun ardınca enişini təsvir edib: "Sovet İttifaqı dağılarkən Qərbdə maarifçi-islahatçı kimi tanınan Mixail Qorbaçov müstəqillik uğrunda keçirilən nümayişləri boğmaq üçün Sovet ordusuna və tanklarına Bakıya hücum etmək əmri verdi. Bu hadisələr 1990-cı ilin yanvarında yüzlərlə mülki vətəndaşın öldürüldüyü 20 Yanvar faciəsi ilə nəticələndi. Bundan əvvəl vəzifəsindən uzaqlaşdırılmış Heydər Əliyev baş verən zorakılığa qarşı səsini yüksəltdi və ana yurdu Naxçıvana qayıtdı. O, 1993-cü ilədək - Azərbaycanın Ermənistan ordusu tərəfindən hərbi təcavüzə məruz qaldıqdan sonra parçalanmaq təhlükəsi yarananadək orada qaldı". Məqalədə daha sonra deyilir:
"Atası Sovet İttifaqındakı vəzifəsindən istefa verdikdən sonra İlham Əliyev müəllim olaraq fəaliyyət göstərdiyi və elmlər doktorluğu dərəcəsini müdafiə etməyə hazırlaşdığı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu tərk etməyə məcbur oldu". Jurnalda ulu öndərin neft strategiyası və onun həyata keçirilməsində tarixi şərait barədə söhbət açılır: "Ölkəni sabitliyə qovuşduran və Ermənistanla atəşkəs əldə edən Heydər Əliyevin məqsədi Azərbaycan iqtisadiyyatını yenidən qurmaq idi. Bu isə bir vaxtlar ölkənin əsas sənaye sahəsi sayılan neft sənayesinin dirçəldilməsi demək idi. Danışıqlar prosesi dayananda ölkənin zəngin enerji ehtiyatlarının istismarı üçün xarici dövlətlərin sərmayədarlarını Azərbaycana cəlb etmək məqsədilə İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti təyin edildi. Aylarla sürən, hətta bir neçə dəfə dayandırılmaq təhlükəsi yaşayan danışıqlar prosesindən sonra 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Həmin dövrdə yenicə hakimiyyətdən gedən Böyük Britaniyanın Baş naziri Marqaret Tetçer razılığın əldə olunmasında mühüm rol oynayıb və bununla da Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı sıx əməkdaşlığın əsası qoyulub". Məqalədə Prezident seçildikdən sonrakı 10 il ərzində İlham Əliyevin ölkədə böyük dəyişikliklər etməsindən söhbət açılır: "Neft-qaz istehsalı ilə bağlı müqavilələrin və boru kəmərlərinin çəkilməsi ilə əlaqədar imzalanmış sənədlərin nəticəsi olaraq 10 il ərzində ölkədə yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizə düşüb. Bundan başqa, digər sənaye sahələrinin inkişafına təkan verilmiş və sənayenin şaxələndirilməsi məqsədilə yaradılan Azərbaycan Respublikası Dövlət Neft Fondu sayəsində əldə olunan gəlirlərin bir qismi təhsil və elm sahələrinə yönəldilib. 2007-ci ildə BMT Dövlət Neft Fondunu “İstehsal sənayesinin şəffaflıq mükafatı” ilə təltif edib". Müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həllinə də diqqət ayırıb: "Bütün bunlara baxmayaraq, hələ də Azərbaycanın problemləri vardır. Ölkənin Ermənistanla münaqişəsi də getdikcə alovlanır". Jurnalda Prezident İlham Əliyevin Dağlıq Qarabağ və yeddi ətraf rayonun onun hakimiyyəti dövründə geri qaytarılacağı barədə sözlərindən sitat gətirilir: "Xalqa bəxş etdiyi iqtisadi çiçəklənmə ilə yanaşı, bu da onun siyasi irsi hesab olunacaq".






 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Məhkəmələrə ayrılan xidməti avtomobillərin say həddi artırılıb - QƏRAR
18.09.2020
Radikal müxalifət Tofiq Yaqublunun ölməsini istəyirdi - Azərbaycan dövləti bir daha humanizm nümayiş etdirdi - RƏY
18.09.2020
Penitensiar Xidmət: Məhkəmə Tofiq Yaqublu barəsində humanistlik göstərərək həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib
18.09.2020
Tofiq Yaqublu xəstəxanadan evə buraxıldı
18.09.2020
Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Aparıcı dovşanlarına malikanə tikdirib-VIDEO
2 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
3 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
4 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib
5 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info