“Vaxt Azərbaycanın xeyrinə işləyir”
Tarix: 06.02.2020 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


"Azərbaycan öz xalqına qarşı dürüstdür, bütün görüşlərdən sonra danışıqlar aparıldığı və onların nə barədə olduğu haqda məlumat verir. Danışıqlarda yeni bir gündəlik təqdim olunmursa, deməli, masa üzərindəki əvvəlki gündəlik müzakirə olunur”

Erməni politoloq: “Xarici İşlər Nazirliyinin, bəyanatlarında daima haqlı olmağın mümkün olmadığını əsaslandırmağa məcbur edildiyini nəzərə alaraq, Nikol Paşinyana Qarabağ nizamlanması ilə bağlı ümumiyyətlə heç bir təklif verməməyi məsləhət görərdim. Onun Qarabağla bağlı söylədiyi hər şey bizim ziyanımıza olub”

“Ermənistan hakimiyyətinin və onların tərəfdarlarının ritorikasında Qarabağın azərbaycanlı icmasını qanuniləşdirmək istəyi çoxdan sezilir. Virtualaz.org "Novosti-Armeniya"ya istinadən bildirir ki, bunu “Qarabağ dəyişiklik ərəfəsində. Xarici və daxili təhlükəsizlik" mövzusunda fevralın 5-də keçirilən müzakirələrdə "Adekvad" partiyasının həmtəsisçisi Artur Danielyan deyib. A.Danielyan qeyd edib ki, baş nazir Nikol Paşinyan, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın mirasının mahiyyətini açıqlayaraq, işğal altındakı Qarabağın "prezidentliyinə" gələcək namizədlərini, Cenevrədə məhz bu miras müzakirə edilərkən, ondan imtina etməyə çağırıb. “Belə çıxır ki, masadakı Madrid prinsipləri deyil, başqa bir şeydir. Paşinyan deyəndə ki, Qarabağ danışıqların tərəfinə çevrilsin, məhz Azərbaycan icması nəzərdə tutulurdu. Güman edilir ki, münaqişənin həlli "torpaqların təslim edilməsi" kimi görünməyəcək, ancaq həmin ərazilərdə əvvəllər oradan qaçmaq məcburiyyətində qalmış insanlar məskunlaşacaqlar, sülhməramlılar isə onların təhlükəsizliyini təmin edəcəklər. Beləliklə, baş nazir Azərbaycana və beynəlxalq ictimaiyyətə istədiklərini verəcək. Bundan əlavə, hər şey ediləcək ki, Qarabağdakı cəmiyyət daima nəyə görəsə didişsin və bu “nəyə görənin” əhəmiyyəti yoxdur. Əsas odur ki, bütün dövlət adından danışa biləcək bir lider olmamalıdır”- deyə Danielyan qeyd edib.
O, əlavə edib ki, "Qarabağda daxili siyasi mübarizə bu gün Paşinyana loyal olanların qarşıdurmasına yaxınlaşır, hansılar ki, orada gözlənilən proseslərə görə öz seçicilərinə gec-tez izahat verməli olacaqlarını anlamalıdırlar".

“Qarabağ münaqişəsinə dair danışıqlarda ərazilərin geri qaytarılması ilk günlərdən müzakirə olunur. Əks halda belə məsələ müzakirə olunmasaydı Azərbaycan danışıqlar masasına da oturmazdı”


Bu arada "Alternativ Layihələr Qrupu" ictimai təşkilatının rəhbəri Vahe Ovannisyan vaxtın Azərbaycana işlədiyinə əmin olduğunu bildirib. Ovannisyanın sözlərinə görə, tendensiyaları, o cümlədən Ermənistanda baş verənləri nəzərə alanda Azərbaycan islahatlar üzərində işləyir, köklü dəyişikliklər var. Erməni ekspertin fikrincə, Azərbaycanda həqiqətən də ölkənin modernləşdirilməsi istiqamətində yeni bir elitanın formalaşması mərhələsi gedir, orada real islahatlar başlayır. “Bizim üçün təhlükə nədir? Azərbaycan bir anda hərbi sahədə texnoloji üstünlük qazana bildi, amma müasir dünyada bu, müharibəyə başlamağa, xüsusən də uğur qazana bilməyə kifayət etmir. Əgər Azərbaycan dövlətin qurulması baxımından üstünlük əldə edə bilsə, onun şansı kəskin artacaq. Azərbaycan bu istiqamətdə gedir. Ermənistanla Azərbaycan arasında müharibə gedir - dövləti modernləşdirmək üçün kim daha sürətlə və dərinə gedəcək. Faciə ondadır ki, Azərbaycanda bunu başa düşürlər, Ermənistanda isə-yox. Maraqlıdır ki, Azərbaycan bunu demək olar ki, açıq şəkildə bəyan edir.
Azərbaycan nə istədiyini və nə üçün istədiyini bilir və bunun üçün ona vaxt lazımdır. Məmmədyarovun dediyi də budur - strateji səbr. Biz isə tənbəl dünyagörüşünü cinayət işləri ilə birlikdə yaşamağın yeganə forması kimi yayımlayaraq uzunmüddətli inkişaf proqramı, ölkəni modernləşdirmək üçün bir yol xəritəsi olmadan təkbaşına idarəetməyə gedirik. Bunun nəyə gətirib çıxaracağını anlamaq çətin deyil” - deyə Ovannisyan vurğulayıb.
"Düşənbədə ilk dəfə gördük ki, Ermənistan hakimiyyəti Azərbaycan hakimiyyəti ilə hazırkı hakimiyyətin mövqelərinin möhkəmlənməsinə kömək etmək barədə razılığa gəldi" - deyə siyasətçi və Ermənistan parlamentinin keçmiş üzvü Ruben Hakobyan “Qarabağ dəyişiklik ərəfəsində. Xarici və daxili təhlükəsizlik" mövzusunda keçirilən tədbirdə bildirib. Ruben Hakobyan deyib: “Nikol Paşinyanın dediklərini yadınıza salın. O dedi ki, "danışıqlar prosesində yeni adamdır və prosesin təfərrüatlarını öyrənmək üçün ona vaxt lazımdır"".
O, Davos və Düşənbədə əldə olunan şifahi razılaşmalarda Ermənistanın çox ciddi itki verdiyini bildirib. "Azərbaycan öz xalqına qarşı daha dürüstdür, bütün görüşlərdən sonra danışıqlar aparıldığı və onların nə barədə olduğu haqda məlumat verir”- deyə Ruben Hakobyan qeyd edib.
Siyasətçinin sözlərinə görə, danışıqlarda yeni bir gündəlik təqdim olunmursa, deməli, masa üzərindəki əvvəlki gündəlik müzakirə olunur. "Yəni, bir neçə dəfə Azərbaycan tərəfinin irəli sürdüyü gündəliyi müzakirə etmək imkanı olub"- deyə o bildirib. Ruben Hakobyan qeyd edib ki, Nikol Paşinyana görə Ermənistan Xarici İşlər Nazirliyi olduqca çətin vəziyyətdədir. “Xarici İşlər Nazirliyinin, bəyanatlarında daima haqlı olmağın mümkün olmadığını əsaslandırmağa məcbur edildiyini nəzərə alaraq, Nikol Paşinyana Qarabağ nizamlanması ilə bağlı ümumiyyətlə heç bir təklif verməməyi məsləhət görərdim. Onun Qarabağla bağlı söylədiyi hər şey bizim ziyanımıza olub” - deyə Ruben Hakobyan fikrini yekunlaşdırıb.


“Ermənistan tam təcrid olunub: “Minsk Qrupunun həmsədrləri və Bakı bir tərəfdədir, Yerevan digər tərəfdə”

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan isə tədbirdə deyib ki, Qarabağ münaqişəsinə dair danışıqlarda ərazilərin geri qaytarılması ilk günlərdən müzakirə olunur: “Əks halda belə məsələ müzakirə olunmasaydı Azərbaycan danışıqlar masasına da oturmazdı”. O, əlavə edib ki, Bakı Cenevrədə ötən həftə aparılan iki günlük danışıqlardan və Bratislava danışıqlarından “məmnundur”. Qeyd edək ki, David Şahnazaryan hazırda Nikol Paşinyanın Qarabağ məsələsində əsas opponentlərindən biridir. İndiki Ermənistan hökuməti ətraf rayonların heç birinin qaytarılmayacağı haqda mesajlar versə də o əmindir ki, Paşinyan “torpaqları satmağa” hazırlaşır. Bu günlərdə Şahnazaryan Cenevrədə xarici işlər nazirləri arasında danışıqlarda “Şuşanın məsələsinin müzakirə olunduğunu” iddia etmişdi və bildirmişdi ki, Dağlıq Qarabağda azərbaycanlılarla ermənilərin birgə yaşadığı zonanın yaradılması da gündəmdədir. D.Şahnazaryan bildirir ki, Ermənistan tam təcrid olunub: “Minsk Qrupunun həmsədrləri və Bakı bir tərəfdədir, Yerevan digər tərəfdə. Və günahkar dövlət kimi biz olacağıq, bütün bunları törədən Nikol Paşinyan deyil”.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
29.03.2020
Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
19.03.2020
“Ermənistan bu günün özündə də sülh şəraitində yaşayan insanları öldürür”
17.03.2020
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri dünyaya çatdırmalıyıq”
16.03.2020
“Ermənistanın tarix və demokratiya məsələlərində Azərbaycana qarşı iddia irəli sürməyə heç bir əsası yoxdur”
16.03.2020
Moskva beynəlxalq müqaviləsi Naxçıvana erməni iddialarını birmənalı şəkildə rədd edir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
4 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
5 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info