Xərçəngə səbəb olan əsas amil açıqlandı
Tarix: 07.02.2020 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Xərçəngin yaranma riskini artıran əsas faktor açıqlanıb.
E-tibb.az bildirir ki, Beynəlxalq Xərçəng Əleyhinə İttifaq (IUCC) 4 fevral Ümumdünya Xərçənglə Mübarizə Günü ilə bağlı ictimai rəy araşdırması aparıb.

Araşdırma nəticəsində xərçəng riskini artıran əsas faktorun tütün olduğu məlum olub.
Birliyin "Xərçəng 2020" adlı araşdırmasına görə, xərşəng riskini tütün istifadəsi 63 faiz, zərərli təsirlərə məruz qalma 54 faiz, passiv siqaret istifadəsi (yəni siqaret tüstüsünə məruz qalma) 50 faiz artırır.

Bundan başqa, hərəkətsiz , idmansız həyat və bəzi viruslara və bakteriyalara yoluxma 28 faiz, artıq çəki 29 faiz bu riski artırır və xərçəngə səbəb olma faktorları arasında az təsir edən amillər kimi dəyərləndirilir.

Eyni zamanda alimlər hesab edirlər ki, xərçəng xəstəliklərinin 40 faizdən çoxunun qarşısı alına bilər, amma burada vacib şərt erkən diaqnozdur. Erkən diaqnoz xərçəng müalicəsində uğur qazanmaq şansını artırır.

Xərçəng riskini azaltmaq sağlam həyat tərzi, müntəzəm olaraq müayinələrdən keçmək, daimi fiziki aktivlik, müntəzəm olaraq meyvə-tərəvəz qəbulu, həmçinin yuxu rejiminə əməl etmək, tütün istifadəsi kimi pis vərdişlərin olmamasından asılıdır.

Qeyd edək ki, 4 fevral Ümumdünya Xərçənglə Mübarizə Günü kimi qeyd olunur.

2005-ci ildən başlayaraq hər il fevralın 4-ü Beynəlxalq Xərçəng Əleyhinə İttifaq tərəfindən Dünya Xərçənglə Mübarizə Günü kimi qeyd edilir.

Həmin günün təsis edilməsinin başlıca məqsədi diqqəti bu qlobal problemə yönəltmək, eləcə də xərçəng xəstəliyinin təhlükəlilik dərəcəsi və onun yeni müalicə üsullarını dünya ictimaiyyətinə çatdırmaqdır.

Azərbaycan Səhiyyə Nazirliyinin bu günlə bağlı yaydığı məlumatda bildirilir ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstələrin sayı artır. Əgər 2017-ci ildə ölkəmizdə 45,7 min xəstə var idisə, 2018-ci ildə 49,1 min onkoloji xəstə qeydə alınıb. Lakin bununla yanaşı, hazırda ölkəmizdə yeni əmələ gələn şişlərlə beş və daha çox il yaşayan 17,6 min xəstə var.

Xərçəng orqanizmin hər hansı hissəsində özünü büruzə verən yüzdən çox xəstəliyin ümumi əlaməti ola bilər. Xərçəngin tipik əlamətlərindən biri anomal hüceyrələrin sürətlə inkişaf edərək öz əhatə dairəsini genişləndirməsidir. Həmin proses metastaz adlanır və xərçəngdən ölümün əsas səbəbi sayılır.

Xərçəng xəstəliklərinin yaranma səbəblərini hələ ki, müəyyən etmək mümkün olmasa da, erkən müdaxilə nəticəsində həmin xəstəliklərin təxminən üçdə bir hissəsinin inkişafının qarşısını almaq olur. İlkin mərhələlərdə xərçəng şişinin aşkar edilməsi onun uğurlu şəkildə müalicə edilməsini mümkün edir. Lakin mütəxəssislər onu da xəbərdarlıq edirlər ki, xərçəngə yoluxma hallarının 40 faizə qədərinin qarşısını almaq mümkündür. İlk növbədə, bədxassəli şişlərin əmələ gəlməsinə səbəb olan tütün tüstüsünün tərkibində olan kansoregen maddələrdən uzaq olmaq lazımdır. Xərçəngin əksər növlərində xəstəliyin vaxtında aşkarlanması və düzgün aparılan müalicə nəticəsində sağalma ehtimalı çox yüksəkdir.
2019-2021 illərdə Dünya Xərçəngə Qarşı Mübarizə Günü "Mən varam və olacağam" şüarı altında keçirilir.




 
Bölməyə aid digər xəbərlər
05.04.2020
GMO-nun zərərləri
05.04.2020
İndi mövsümü olan əməköməci koronavirusa qarşı- Virus və bakteriyaları öldürür
03.04.2020
Tətbiq edilən qaydalara etinasız yanaşan hər kəsin yaşından asılı olmayaraq koronavirusa yoluxma riski yüksəkdir
03.04.2020
“Sağlam immun sistem üçün, sağlam bağırsaq florasının olması çox vacibdir!”
02.04.2020
Koronavirusun müalicəsində akupunktur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info