Gənc atletimiz ermənini himnimizi ayaqüstə dinləməyə məcbur etdi
Tarix: 24.09.2013 | Saat: 15:18:00 | E-mail | Çapa göndər


Estoniyanın paytaxtı Tallində 20 və 23 yaşa qədər gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi keçirilir. Federasiyadan verilən məlumata görə, yarış Azərbaycan millisi üçün uğurla başlayıb. Belə ki, təmsilçilərimiz artıq aktivinə 2 qızıl medal yazmağı bacarıblar. Millimizin üzvlərindən 23 yaşa qədər oğlanlar arasında mübarizə aparan Yuri Dudoqlo (62 kq) birdən qaldırma hərəkətinə 125 kq-la başlayıb. Bu çəkini uğurla ram edən atletimiz, ikinci yanaşmasında 130 kq-ı da başı üzərinə qaldıra bilib. Ancaq üçüncü yanaşmasında 132 kq-a güc gələ bilməyən Dudoqlo bu hərəkətdə ikinci olub. Təkanla qaldırma hərəkətində isə Yuri ilk cəhdində qaldırdığı 155 kq-la qızıl medala doğru böyük addım atıb. İkinci yanaşmasında 156 kq-ı da ram edən atletimiz, üçüncü cəhddə 159 kq-ı qaldıra bilməsə də, birinci ola bilib. Beləliklə, toplamda 286 kq nəticə göstərən gənc ağırlıqqaldıranımız Avropa çempionu adını qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ondan sonra isə körpücük üzərinə Elxan Əliquluzadə çıxıb. “Zirvə” İdman Klubunun 18 yaşlı yetirməsi 20 yaşa qədər oğlanlar arasında 69 kq çəki dərəcəsində mübarizə aparıb. Birdən qaldırma hərəkətində Elxan əvvəlcə 130 kq-ı ram edib. İkinci yanaşmasında 135 kq sifariş verən Əliquluzadə, bu çəkinin də öhdəsindən gəlib. Üçüncü yanaşmasındakı 137 kq-a güc gələ bilməyən atletimiz bu hərəkətdə ikinci yeri tutub.
Təkanla qaldırma hərəkətində isə atletimiz daha uğurlu çıxış edib. Əvvəlcə 160, sonra isə 166 kq-ı ram edən Əliquluzadə bu hərəkətdə qızıl medalı təmin edib. Ancaq ümumi çempionluq üçün bu yetərli deyildi. Gürcü rəqibi Şota Mişvelidze birdən qaldırma hərəkətində ondan 8 kq artıq qaldırdığından, Elxan bunun əvəzini təkanla qaldırmada çıxmalı idi. Üstəlik, çəkisi gürcüdən çox olması, atletimizin işini daha da çətinləşdirib. Belə olan halda lənkəranlı gənc ağırlıqqaldıranımız çempionluq üçün rəqibindən 9 kq çox çəki qaldırmağa məcbur idi. Və o, bu işin öhdəsindən layiqincə gəlib. Mişvelidzenin 165 kq-ına 174 kq-ı ram etməklə cavab verən Əliquluzadə Avropa çempionu olub. Həmyerlimiz toplamda 309 kq nəticə göstərib. 3-cü pillədə isə ermənistanlı Vladik Karapetyan tutub. Gənc atletimizin qələbəsi sayəsində erməni rəqib Azərbaycanın dövlət himnini ayaqüstə dinləməyə məcbur olub.




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
Avropa Liqası: “Qarabağ”- “Sevilya“ oyunu başa çatıb
19.09.2019
Hacı Əliyevin qırmızı vərəqəsi ləğv edildi - Yenilənir
19.09.2019
PSJ “Real“ı uddu, “Mançester Siti“ və “Bavariya“dan böyükhesablı qələbə
18.09.2019
Mariya Stadnik ikinci dəfə dünya çempionu olub
18.09.2019
Moskvada keçirilən turnirində “ASCO-Dənizçi” II yeri tutub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info