Paşinyanın “turizm arzusu”: Ermənistan Fransanı da üstələyir?!!
Tarix: 07.02.2020 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


“Qolos Armenii”: “Baş nazir inqilabdan sonrakı Ermənistanın “uğurları” ilə bağlı “hekayələr” paylaşmaqla məşguldur”

Adambaşına düşən ÜDM həcminə görə, Gürcüstan və Azərbaycanı «tozanaqda» qoyan Ermənistan, sən demə, başqa parametrlərə, məsələn, ölkəyə gələn turistlərin sayına görə də nəinki iki qonşu ölkəni, hətta Türkiyəni də “ötüb” keçib. İnanmayanlar, bunun «sübutu»nu Paşiynanın növbəi «Facebook» paylaşmasında görə bilər.
Ötən il 1 milyon 894 min 377 turist qəbul edən Ermənistanda artım göstəricisi 14,7 faiz təşkil etdiyi halda, bu göstərici Türkiyədə 14 faiz, Azərbaycanda isə cəmi 11.4 faiz olub. Hələ bu harasıymış, sən demə, Ermənistan hətta turistlərin ən çox ziyarət etdiyi Fransanı da üstələmək üzrədir.
“Qolos Armenii” saytı ötən il turistlərin sayında 27.9 faiz artım olduğu bildirilən İran haqqında Paşinyanın susqunluğuna heç bir münasibət bildirməsə də, Ermənistanın bu sahədə qazandığı uğurların «iqtisadi tərəqqi»nin sübutu olaraq qəbul edilmədiyini yazır. Sayt yazır ki, əslində turizmin inkişafı bütün dünyada qeydə alınıb: «Ermənistana gələn turistlərin sayın ilə bağlı rəqəmləri Paşinyanın haradan əldə etməsi bizim üçün qaranlıqdır. Bu ərəfədə Ermənistana gələn turistlərin sayında həm artım, həm də azalma müşahidə edilib ». Maraqlıdır ki, turizmin Paşinyana yaxın sahə olduğunu xatırladan sayt Nikolun bir vaxtlar turist bələdçisi kimi fəaliyyət göstərədiyini də oxucularn diqqətinə çatdırıb.
Sayt daha sonra yazır: «Bəli, Paşinyan bunu xalqa müjdələməsə də, xalq görür. Son illər Ermənistana gələnlərin sayında olan artımın turizmin inkişafı ilə heç bir əlaqəsi yoxdur.
Əslində, Ermənistana «turist» kimi gələnlərin çoxu Avrasiya İqtisadi Birliyinə daxil olan ölkə vətəndaşlarıdır. Onların əksəriyyəti Ermənistanda turist kimi qeydiyyatdan keçsələr də, onları bu ölkədə daha çox ucuz avtomobil bazarı cəlb edir. Ona görə də onların əksəriyyətinə turizm sahəsinin inkişafı baxımından tətbiq olunan dəyər praktik olaraq sıfıra bərabərdir. Amma nə dəxli, Ermənistan üçün ən önəmlisi rəqəmdir. Əsas odur ki, baş nazir inqilabdan sonrakı Ermənistanın “uğurları” ilə bağlı “hekayələr” paylaşmaqla məşguldur. Ona görə də, bu gün inersiya ilə yaşayan ölkə üçün bundan böyük təsəlli ola bilərmi?».

Ağasəf Babayev










 
Bölməyə aid digər xəbərlər
22.07.2020
Ermənistanda ilin sonuna qədər iqtisadi tənəzzül qaçılmazdır
29.06.2020
“Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
22.06.2020
“Keşişlər kilsəni erməni quldur dəstələrini silahlandıran cəbbəxanaya çevirmişdilər”
11.06.2020
“ Tibb sənayesinin inkişafı artıq milli təhlükəsizliyin bir atributuna çevrilməkdədir”
02.06.2020
“Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11582

1 Manqal salatı-VIDEO
2 Azərbaycan filmi “Qızıl şir”ə iddialıdır
3 Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq
4 “Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“
5 Parça qalıqlarından unikal geyimlər: azərbaycanlı dizayner dayanıqlı dəb yaradır-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info