Azərbaycan gəncliyi liderinə inanır
Tarix: 24.09.2013 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


|

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Yap Gənclər Birliyinin sədr müavini

Hər bir ölkənin perspektiv inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa olaraq, gələcəyin etibarlı təminatı olan gənc kadrların hazırlanmasından asılıdır. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm hissəsini təşkil edir. Azərbaycan Prezidenti gənclərimizə xüsusi diqqət və qayğı ilə yanaşır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev həm paytaxtda, həm də regionlara səfəri zamanı rayonlarda gənclərin nümayəndələri ilə ayrıca görüşlər keçirir. «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramının qəbul edilməsi dövlətimizin başçısının «Bugünkü gənc sabah ölkəmizi idarə edəcək» tezisindən doğan gənclərə etimad və münasibətin əyani təzahürü oldu.
Bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Bu sferada görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb. Azərbaycan gəncliyinin mütləq əksəriyyətinin qarşıdan gələn prezident seçkiləri ilə bağlı mövqeyinin nədən ibarət olduğu bəllidir. Bu mövqe ondan ibarətdir ki, gəncliyimiz Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyir.
9 oktyabrda ölkəmizdə keçirləcək prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bu kampaniyada YAP Binəqədi rayon təşkilatı təbliğat-təşviqat işlərini ən yüksək səviyyədə davam etdirir. Bütün gənclər kimi Binəqədi rayon gəncləri də cənab İlham Əliyevin ətrafında sıx birləşib və 9 oktyabrda Ona səs verəcək.
İlham Əliyevlə daha uğurlu gələcəyə doğru!







 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
4 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
5 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info