“Paşinyan dövləti idarə etmək iqtidarında deyil”
Tarix: 10.02.2020 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


“Qolos Armenii”: “Onun qərarlar qəbul etmək üçün biliyi və təcrübəsi yoxdur. İqtisadi hadisələrin mahiyyətini başa düşmür, danışıqlar prosesinin incəliklərini bilmir”

Bu il aprelin 5-də Ermənistanda konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçiriləcək. Referendumun keçirilməsi ilə bağlı baş nazir Nikol Paşinyanla prezident Armen Sarkisyan arasında razılıq əldə edilməsi barədə xəbər, artıq parlamentdə elə Paşinyan tərəfəində bəyan edilib.
Elan edilən xəbər bəzi deputatlar tərəfindən təqdir edilməsə də, artıq referendumun keçiriləcəyi tarix dəqiqləşib. Qeyd edilməlidir ki, baş nazirin təşəbbüsü ilə həyata keçiriləcək bu referendum, daha çox Konstitusiya Məhkəməsinin hazırkı rəhbəri Qrayr Tovmasyanın və bir sıra hakimlərin istefasına hesablanıb. Referendumun bahalı bir proses olduğunu xatırladan, “Qolos Armenii” saytı Ermənistanda 2003-cü ildə keçirilən referenduma 66 milyon, 2015-ci ildə isə 1,8 milyard dram xərcləndiyini xatırladır. Apreldə keçiriləcək növbəti referendum üçün vəsait haradan əldə ediləcəyi maraq doğurur. Axı, 2020-ci il üçün büdcə qanununda referendumla bağlı hər hansı bir xərcin ayrılması nəzərdə tutulmayıb. Sayt bu vəsaitin dövlətin büdcədənkənar fonddan ayırmağa məcbur olacağını da istisna etmir: «Doğrudur, 5 aprel referendumunun nə qədər xərc tələb edəcəyi çoxlarına məlum olmasa da, belə görünür ki, Paşinyan bundan elə də peşman deyil. Aprelə hələ ki, iki ay qalır. Bu müddət ərzində Ermənistanın ayrı-ayrı əyalətlərini gəzməyi planlaşdıran baş nazir olduğu hər yerdə Konstitusiya Məhkəməsinin rəhbəri Qrayr Tovmasyan və onun ətrafına qarşı nifrət toxumu səpməyə çalışacaq. Çünki Paşinyanın bacardığı yalnız budur. O, dövləti idarə etmək iqtidarında deyil, təsirli qərarlar qəbul etmək üçün biliyi və təcrübəsi yoxdur. İqtisadi hadisələrin mahiyyətini başa düşmür, danışıqlar prosesinin incəliklərini bilmir, yalnız yalan dolu populist şüarlarla insanları yoldan çıxara bilir. Paşinyan uğursuz əməlləri ilə artıq Avropada da məşhurlaşıb. AŞPA-nın Ermənistan üzrə həmməruzəçilərinin verdyi bəyanata laqeyd münasibəti, avropalı mütəxəssislərin çağırışına məhəl qoymaması Nikolun məziyyətlərindən xəbər verir”.

“Paşinyanın referendumdan məğlub ayrıla biləcəyi istisna deyil. Çünki xalq artıq Nikolun yalanlarından bezdiyi üçün ölkənin əsas qanununa təklif edilən dəyişikliklərə “yox” deyə bilər


Maraqlıdır ki, bu gün Ermənistanda bir çox siyasi təhlilçilər Paşinyanın referendumdan məğlub kimi ayrıla biləcəyini də istisna etmirlər. Çünki xalq artıq Nikolun yalanlarından bezdiyi üçün ölkənin əsas qanununa təklif edilən dəyişikliklərə «yox» deyə bilər. Təsadüfi deyil ki, ölkənin bəzi siyasətçiləri referendumun baş nazirə qarşı etimadsızlıq ifadəsinə çevrilə biləcəyini istisna etmirlər. Bununla bağlı sayt yazır: “Əgər, ölkə müxalifəti Konstitusiya Məhkəməsinin hazırkı tərkibinə qarşı deyil, İstanbul Konvensiyasının ratifikasiyasına səs verdiyini xalqa izah edə bilərsə, bu halda Paşinyanın referendumu uduzacağı gün kimi aydındır”. Əslində, Paşinyan istəmədiyi halda məğlub duruma düşsə belə, səbəb kimi, MSK sədri Tiqran Mukucyanı günahlandırıla bilər. Çünki Mukucyan əvvəlki hökumət dövründə də bu vəzifənin daşıyıcısı olub.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.07.2020
Ermənistanda ilin sonuna qədər iqtisadi tənəzzül qaçılmazdır
29.06.2020
“Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
22.06.2020
“Keşişlər kilsəni erməni quldur dəstələrini silahlandıran cəbbəxanaya çevirmişdilər”
11.06.2020
“ Tibb sənayesinin inkişafı artıq milli təhlükəsizliyin bir atributuna çevrilməkdədir”
02.06.2020
“Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
2 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
3 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
4 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
5 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info