Dünya birliyi Dağlıq Qarabağ bölgəsini Azərbaycan Respublikasının ayrılmaz hissəsi olaraq tanıyır
Tarix: 10.02.2020 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


İsveçdə "Can Qarabağ" sənədli filminin təqdimatı keçirilib

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını təmin edə biləcək, eləcə də zor gücünə didərgin salınmış azərbaycanlı əhalinin bu ərazilərdəki evlərinə və mülklərinə təhlükəsiz şəraitdə və ləyaqətlə qayıtmaları, ərazilərin bərpası, iqtisadi inkişafı və Dağlıq Qarabağ bölgəsindəki erməni və azərbaycanlı icmalarının bərabərhüquqlu şəraitdə, ayrı-seçkiliyə yol verilmədən dinc şəraitdə birgəyaşayışına imkan yaradan, bir sözlə, münaqişənin sülh yolu ilə həllini dəstəkləyir”

“Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mövcudluğunu qəbul etməkdən, təməl hüquq və azadlıqlarımızı tanımaqdan belə imtina edir və Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki azərbaycanlı və erməni icmaları arasındakı təmasların qarşısını bütün vasitələrlə almağa çalışır. Bu, Ermənistanın Azərbaycan ərazilərini işğal edərək yürütdüyü işğalçılıq siyasətinin əsasını təşkil edir və Ermənistanın insan hüquqlarına dərin hörmətsizliyinin daha bir açıq sübutudur”



İsveçdə "Can Qarabağ" sənədli filminin təqdimatı keçirilib. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçə səfəri çərçivəsində bu ölkədə yaşayan rejissor Rahim Sadıqbəylinin “Can Qarabağ” adlı filminin təqdimat mərasimində iştirak edib. Tədbirdə İsveç, Norveç, Finlandiya və Danimarkadan olan diaspor fəalları ilə yanaşı, İsveçdəki Azərbaycan səfirliyinin birinci katibi Vaqif Seyidbəyov da iştirak edib. Ekran əsərində İsveç-Azərbaycan Dərnəyinin (SAF) nəzdində fəaliyyət göstərən “Qarabağ” uşaq milli rəqs qrupu, SAF dərnəyinin rəhbəri Sevda Dadaşova və qrupun müəllimlərinin fəaliyyəti haqqında ətraflı danışılır. Bildirilir ki, “Qarabağ” uşaq milli rəqs qrupu mədəniyyətimizi daha da tanıtmaqla yanaşı, öz fəaliyyəti ilə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan əraziləri və qaçqınlarımız haqqında məlumatı da yaymağa davam edir. Filmdə, habelə müxtəlif mükafat və medallara layiq görülən “Qarabağ” rəqs qrupunun yaranması, fəaliyyəti, Azərbaycan rəqslərinin və mədəniyyətinin tanıdılması işində rolundan da məlumat verməklə yanaşı, rəqs qrupun İsveç və Avropada qazandığı uğurlardan da bəhs olunur. Qeyd edək ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Səlhət Abbasova, SAF-ın nəzdində fəaliyyət göstərən “Qarabağ” uşaq milli rəqs qrupunun rəhbərliyi və üzvlərinə diplom və hədiyyələr təqdim edilib.


“Xocalı-şəhid şəhər”
Xətai Sənət Mərkəzində uşaq və yeniyetmələr üçün nəzərdə tutulan “Xocalı - Şəhid şəhər” adlı müsabiqəsinin yekun sərgisi açılacaq. Fevralın 22-23-də Xətai Sənət Mərkəzində açılacaq sərgi çərçivəsində işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq. Xatırladaq ki, müsabiqə Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb. Müsabiqə XX əsr tarixinə “Əsrin genosidi” kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutdurmamaq məqsədi ilə keçirilib.

“Dünya ictimaiyyətinə səslənirik ki, 30 ildir davam edən erməni təcavüzünə, yüz minlərlə azərbaycanlının öz yurdlarından didərgin salınaraq məruz qoyulduğu əzablara göz yummasınlar”

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü ilə bağlı bəyanatı BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb. İcmanın bəyanatında Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən və işğal edilmiş digər rayonlarından olan məcburi köçkünlərin 30 ilə yaxındır erməni təcavüzündən əziyyət çəkdiyi bildirilir. Qeyd edilir ki, 1988-ci ildə azərbaycanlılara qarşı başlayan etnik təmizləmə siyasəti nəticəsində Ermənistan Azərbaycan ərazisinin beşdəbirini işğal edib. Bu zaman 700 mindən çox azərbaycanlı ata-baba yurdundan didərgin düşüb. Torpaqlarımızın işğalı zamanı minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, bir çox mülki şəxs itkin düşüb. Bir gecədə 613 mülki şəxsin, o cümlədən qadınların, uşaqların və qocaların erməni hərbi birləşmələri tərəfindən vəhşicəsinə qətlə yetirildiyi Xocalı şəhərində törədilən soyqırımı azərbaycanlılara qarşı törədilmiş ən böyük qətliam kimi tarixə yazılıb. Təəssüf ki, bu cinayətləri törədənlər hələ də öz layiqli cəzalarını almayıblar. Qeyd edilir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və Baş Assambleyası da daxil olmaqla dünya birliyi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qəbul edərək ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini, Dağlıq Qarabağ bölgəsini Azərbaycan Respublikasının ayrılmaz hissəsi olaraq tanıdığını və bütün azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq hüquqlarını dəfələrlə müdafiə və təsdiq edib. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını təmin edə biləcək, eləcə də zor gücünə didərgin salınmış azərbaycanlı əhalinin bu ərazilərdəki evlərinə və mülklərinə təhlükəsiz şəraitdə və ləyaqətlə qayıtmaları, ərazilərin bərpası, iqtisadi inkişafı və Dağlıq Qarabağ bölgəsindəki erməni və azərbaycanlı icmalarının bərabərhüquqlu şəraitdə, ayrı-seçkiliyə yol verilmədən dinc şəraitdə birgəyaşayışına imkan yaradan, bir sözlə, münaqişənin sülh yolu ilə həllini dəstəkləyir. Ancaq Ermənistanın yürütdüyü açıq işğalçılıq siyasəti və Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" kimi təhqiramiz ifadəsində də özünü göstərən ilhaqa yönəlmiş siyasəti fonunda sülhə və barışığa hazırlaşmaq çox çətindir. Bundan əlavə, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mövcudluğunu qəbul etməkdən, təməl hüquq və azadlıqlarımızı tanımaqdan belə imtina edir və Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki azərbaycanlı və erməni icmaları arasındakı təmasların qarşısını bütün vasitələrlə almağa çalışır. Bu, Ermənistanın Azərbaycan ərazilərini işğal edərək yürütdüyü işğalçılıq siyasətinin əsasını təşkil edir və Ermənistanın insan hüquqlarına dərin hörmətsizliyinin daha bir açıq sübutudur. Ermənistan azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtmalarına mane olmaqla, bu ərazilərdə demoqrafik tərkibin süni şəkildə dəyişdirilməsi cəhdləri ilə, həmçinin həmin ərazilərin iqtisadi, sosial və mədəni xüsusiyyətlərinin dəyişdirilməsinə yönəlmiş məqsədyönlü addımlar atmaqla işğal olunmuş ərazilərin müstəmləkəyə çevrilməsinə hədəflənmiş siyasət aparır. “Dünya ictimaiyyətinə səslənirik ki, 30 ildir davam edən erməni təcavüzünə, yüz minlərlə azərbaycanlının öz yurdlarından didərgin salınaraq məruz qoyulduğu əzablara göz yummasınlar və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktında təsbit edilmiş beynəlxalq hüququn norma və prinsipləri əsasında, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında həlli üçün səylərini daha da artırsınlar”, - deyə bəyanatda bildirilir.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
14.09.2020
Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
03.09.2020
Jurnalistlər üçün onlayn formatda təlimlər təşkil olunacaq
01.09.2020
Baş Prokurorluq Əli Həsənovun cinayət işinə cəlb olunması xəbərlərinə aydınlıq gətirdi
28.08.2020
KİVDF-dəki qanunsuzluqlarla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir
02.07.2020
“Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
2 Narşərab salatı
3 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
4 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
5 Xudatda əsgər ailələrinə yardım paylanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info