Uşaqlara çox hərəkət etdiyi üçün ağrıdığını söyləmək olmaz
Tarix: 11.02.2020 | Saat: 11:53:00 | E-mail | Çapa göndər


Uşaqlarda qeyri-müəyyən səbəbdən yaranan bəzi ağrılar valideynlərdə tez-tez narahatlıq yaradır. Bunu “böyümə ağrı”ları da adlandırırlar. Bununla bağlı Pediatr Günay Rəsulova maraqlı və dəyərli tövsiyələrini paylaşıb. Həkim yazır: “Böyümə ağrıları nədir? Uşaqları gecə yuxudan oyadan, 20 dəqiqəyə qədər davam edən, əsasən bud, baldır, diz çevrəsində olan, masajla, təskinliklə, bir az rahatlatmaqla keçən ağrılardır. Belə ağrılar əsasən 3-6 yaş arası olur. Bu ağrıların əslində böyümə prosesi ilə bir əlaqəsi yoxdur. Böyük ehtimalla aşırı hərəkətli bir günün sonunda əzələ yorğunluğuna bağlı olan ağrılardır”. Həkim tövsiyə edir ki, uşaqlara çox hərəkət etdiyi üçün ağrıdığını söyləmək olmaz, yoxsa onlar oyun oynamaqdan qorxaraq, fiziki hərəkətlərdən yayına bilərlər: “Bu ağrıları onlara “böyümə ağrısı” kimi də açıqlamayın, böyüməkdən qorxmalarına hətta yeməkdən kəsilmələrinə səbəb ola bilər. Ayaqda ağrılar gün boyu da davam edir, sadəcə bir ayaqda ağrı varsa, topallama, axsama, yeriməkdə çətinlik, ağrı yerində şişkinlik, hərarət, qızarıqlıq varsa, bu ağrılar ağrıkəsici tələb edəcək qədər güclü və 3 yaşdan erkən başlamışsa mütləq həkim müayinəsi edilməli, altda yatan ola biləcək ciddi xəstəliklər inkar edilməlidir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
05.04.2020
GMO-nun zərərləri
05.04.2020
İndi mövsümü olan əməköməci koronavirusa qarşı- Virus və bakteriyaları öldürür
03.04.2020
Tətbiq edilən qaydalara etinasız yanaşan hər kəsin yaşından asılı olmayaraq koronavirusa yoluxma riski yüksəkdir
03.04.2020
“Sağlam immun sistem üçün, sağlam bağırsaq florasının olması çox vacibdir!”
02.04.2020
Koronavirusun müalicəsində akupunktur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info