Azərbaycan sağlamlıq turizmi Estoniyada təqdim olunub
Tarix: 11.02.2020 | Saat: 15:55:00 | E-mail | Çapa göndər


Azərbaycan Sağlıq və Termal Turizmə dəstək Assosiasiyasının (AHTTSA) 2020-ci il üçün əsas fəaliyyət istiqamətləri ölkəmizin sağlamlıq turizmi potensialını, mövcud turizm marşrutlarını, mədəniyyətini, mətbəxini və s. beynəlxalq müstəvidə tanıtmaqdır. Fevralın 7-dən 9-dək Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən “TOUREST2020” beynəlxalq sərgisində yaxından iştirak da bu məqsədə xidmət edirdi. Sərgidə AHTTSA-nı “Aydan” Azərbaycan Mədəniyyət Evi ilə birlikdə təşkilatın prezidenti Ruslan Quliyev təmsil edib. Stendi ziyarət edən yerli vətəndaşlara Azərbaycan və onun tarixi, mədəniyyəti, mətbəxi, turizm və xüsusilə də sağlamlıq turizmi, termal müəssisələri haqqında ətraflı məlumat verən Ruslan Quliyev sərginin ilk günü təşkilatçılar tərəfindən təşkil olunan qala gecədə iştirak edib. Qala gecədə “Azərbaycan saatı” adlı təqdimat təşkil olunub. Təqdimatda Azərbaycanın Latviyada fəaliyyət göstərən Azərbaycan mədəniyyət evinin rəhbəri Rüfət Quliyev də iştirak edib. Giriş sözü ilə qonaqları salamlayan Ruslan Quliyev Avropada, xüsusilə Baltikyanı ölkələrin insanlarının Azərbaycana marağından bəhs edib. Təqdimat zamanı Azərbaycanın sağlamlıq turizmi, kurort zonaları Naftalan, Qalaaltı və həmçinin ölkə brendi haqqında təqdimatlar olub. Həmçinin tədbirdə iştirak qonaqlar üçün Azərbaycan şərablarının dequstasiyası da təşkil olunub. Sərginin ikinci günü isə Estoniyada fəaliyyət göstərən turizm agentlikləri və turoperatorlar üçün təqdimat keçirilib və Azərbaycanın yeni turizm brendi təqdimat olunub. Təqdimatda dünya şöhrətli bəstəkar Peeter Vahi Azərbaycan haqqında yüksək fikirlər söyləyərək hər kəsi bura səfər etməyə çağırıb. Rüfət Quliyev də öz çıxışında “Made in Azerbaijan” brendi haqqında məlumat verib. “Turizm həm də bir diplomatiya işi və xalqların dostluğudur” fikri ilə təqdimata başlayan AHTTSA prezident Ruslan Quliyev yaxın zamanlarda Baltikyanı ölkələrin turizm şirkətləri və turoperatorları üçün Azərbaycana info turların təşkil olunacağı ilə bağlı məlumat verib. Təqdimatın sonunda “Aydan” Azərbaycan Mədəniyyət Evinin rəhbəri Niyazi Hacıyevə, ETFL-in rəhbərliyinə və bəstəkar Peeter Vahİ-yə AHTTSA-nın idarə heyəti adından təşəkkür plaketləri təqdim olunub. Növbəti gün Azərbaycan Mədəniyyət Evini ziyarət edən Ruslan Quliyev bir sıra rəsmi və qeyri-rəsmi görüşlər keçirib və mərkəzə müxtəlif hədiyyələr təqdim edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
28.02.2020
Qazaxıstanda Azərbaycan turizminə böyük maraq var
27.02.2020
Dövlət Turizm Agentliyi və UNESCO arasında əməkdaşlıq müzakirə olunub
27.02.2020
Dövlət Turizm Agentliyinin ölkə vətəndaşlarına və turoperatorlara müraciəti
25.02.2020
Azərbaycan və İtaliya arasında qarşılıqlı turist axını gücləndiriləcək
20.02.2020
İƏT Qəbələni 2020-ci il üçün Turizm şəhəri elan edib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
2 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
3 Çin xəstəxanalarından 36117 pasiyent yeni növ koronavirusdan sağalaraq evə buraxılıb
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Avar Xəngəli – beləsini hələ görməmişdiniz-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info