Demokratı Hikmət Hacızadə olan müxalifət...
Tarix: 11.02.2020 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Azərbaycan müxalifətində normal siyasi fəaliyyəti ilə seçilən tək-tük partiya və ya təşkilat var ki, onların da sosial bazası digər həmkarlarının anormal fəaliyyətləri səbəbindən ilbəil daha da azalır. Əslində bu cür uğursuzluğun, qara zolaqdan kənara çıxa bilməməyin bir sıra ciddi səbəbləri var. 90-cı illərdən qalma siyasi təfəkkür, radikal düşüncə tərzindən tutmuş, ortaya yeni siyasi konsepsiyalar qoymaq iqtidarında olmamaq və partiya daxilindən gənclərə, “yeni nəfəs”ə şərait yaratmamağa qədər onlarla səbəb göstərmək olar. Amma hazırda müxalifətin cəmiyyətdə gözdən düşməsi və ilbəil onlara olan inamın daha da azalmasının əsas səbəblərindən biri bu düşərgədə təmsil olunanların çoxu, xüsusən də radikal müxalifəti təmsil edənlərin böyük əksərinin tez-tez ağır təhqirlərə yol vermələri, elementar etiket qaydaları və siyasi etikanı tapdamalarıdır... Təbii ki, sosiallaşma dövrüdür, internetin, xüsusən də sosial şəbəkələrin açdığı geniş imkanlardan dünyanın hər yerində siyasi partiyalar, siyasət adamları müsbət yöndə istifadə edirlər. Amma bizim yalnız şəxsi maraqları, ambisiyalarını düşünən radikalların çoxu sosial şəbəkələrdən mənfi yöndə istifadə edir. Burada onların davranışları, əsas rəqibləri olan iqtidara yağdırdığı şər, böhtanları, anormal ucuz siyasi kampaniyaları, dezinformasiyaları tüğyan edir desək, yanılmarıq. Ona görə də cəmiyyətdə həmin şəxslərin hansısa fikri, təklifi qıcıq oyadır. Dəfələrlə olub ki, bu şəxslər arasında etikadan kənar ifadələrin işlənməsinin, söyüş həddinə qədər belə, gəlib çıxan dialoqların, yazışmaların şahidi olmuşuq. Ən son buna nümunə isə Müsavat partiyasının tanınmış simalarından olan, partiyanın divan üzvü Hikmət Hacızadənin “Facebook”da xanım jurnalistlərdən birinə təhqiramiz, pis formada şərh yazmasıdır. Onun qızı yaşında olan bir xanıma bu cür ağır və iyrənc ifadələrlə sual verməsi isə narazılıqla qarşılanıb. Əslində Hikmət Hacızadə radikal şəkildə öz fikrini ifadə etməyə də bilərdi. Amma onun bəzi müsavatçıları belə, qıcıqlandıran bu ağır, heç bir etik normaya sığmayan şərhi əsl radikal düşüncəli müxalifətçilərin hələ də dəyişməməsindən xəbər verdi. Burada yazmağa məqbul bilmədiyimiz bu cür fikir və yazışmaları dəfələrlə görmüşük, son illərdə isə xaricdə formalaşan “iaşə müxalifəti”nin təmsilçiləri söyüş ritorikasını daha da adiləşdirdilər. Yəni, bu məsələni cəmiyyətdə adiləşdirməyə çalışan müxalifətçilər bu cür davranışları, tutduqları siyasi mübarizə xətləri ilə özlərini çətin duruma salırlar. Azərbaycan xalqı daim müdrik xalq olub, əsrlərin sınağından çıxmış dəyərləri özündə əks etdirən davranış qaydalarını həmişə öndə tutub. Fərqi yoxdur sən siyasətçisən ya adi feldşer, müəllim, tikintidə işləyən fəhlə, yaxud da hərbçi. Əgər, mədəniyyətin, etikan, elementar normal davranış qaydalarına hörmət hissin yoxdursa, təhqir, söyüş, insanlara etikasız yanaşmanı öndə tutursansa, cəmiyyət arasında heç vaxt hörmətlə qarşılanmayacaqsan! Bu mənada müxalifətdəkilərin də cəmiyyətimizin əsas dəyərlərindən sayılan mentalitetə, normal etik davranışlara riayət etməməsindən təəssüflənirik və bu cür hallar olduqca onların sosial bazası olmayacaq və uğursuzluq zolağından çıxa bilməyəcəklər. Hərçənd illərlə bu zolaqda çabalaya-çabalaya Hikmət Hacızadə kimi siyasətçilərinizlə mübarizə apardığınızı deyir, onu demokrat kimi təqdim edirdiniz. Bizə isə belə “demokratiya” lazım deyil...

Tural Tağıyev





 
Bölməyə aid digər xəbərlər
27.02.2020
“Romada keçirilən biznes forum biz iş adamları qarşısında geniş imkanlar açır”
25.02.2020
Koronavirus təhlükəsinə qarşı bütün tədbirlər həyata keçirilir
24.02.2020
Referendum Paşinyanın sonu ola bilər
19.02.2020
Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
18.02.2020
“Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
2 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
3 Çin xəstəxanalarından 36117 pasiyent yeni növ koronavirusdan sağalaraq evə buraxılıb
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Avar Xəngəli – beləsini hələ görməmişdiniz-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info