“Rusiya hər zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aktiv vasitəçi mövqeyi tutub”
Tarix: 11.02.2020 | Saat: 20:48:00 | E-mail | Çapa göndər



Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Qarabağ: Azərba
ycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət tədbirlərinə start verilib.
Bununla əlaqədar Mərkəzin layihəsi ilə "Qarabağ atı" animasiya filmi özbək dilinə dublyaj edilmiş və yaxın günlərdə geniş nümayişinə başlanılacaq.
İl ərzində Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən müxtəlif tədbirlər çərçivəsində “Qarabağ əcdadlarımızın mirası” adlı sənədli film nümayiş etdiriləcək, “Azərbaycanın Qarabağ diyarı Özbəkistan rəssamlarının gözü ilə” rəsm müsabiqəsi, habelə “Könlüm keçir Qarabağdan” adlı şeir müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. Mərkəz müsabiqə çərçivəsində hər iki ölkənin şairlərin və həvəskar şeirsevərlərin Qarabağa həsr etdikləri ən maraqlı və gözəl şeirlərinin, poemalarının seçilməsi, habelə onların nəşrini planlaşdırır.
Bundan başqa, Qarabağ Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Mərkəzin “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycana dair özbək dilində yeni bölmələrin yaradılması, mövcud bölmələrin zənginləşdirilməsi məqsədi ilə 2020-ci il ərzində Qarabağ, onun Azərbaycan mədəniyyətində, ədəbiyyatında, musiqisində yeri və rolu, tanınmış qarabağlılar, bölgənin müxtəlif rayonları, onların özünəməxsus abidələri, adət və ənənələri və s. dair yeni bölmələr yaradılacaq.
Sözügedən mövzuda foto, rəsm, moda sərgiləri nümayiş etdiriləcək, habelə Mədəniyyət Mərkəzinin “Youtube.com” platformasında fəaliyyət göstərən onlayn kanala video məlumatlar yerləşdiriləcək.
“Qarabağ Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihə çərçivəsində tədqiqat əsərlərinə, yerli mətbuatda çoxsaylı məqalələrin dərc edilməsinə dəstək göstəriləcək, il ərzində özbək, rus və Azərbaycan dillərində kitabların, videoroliklərin, filmlərin subtitrla hazırlanması həyata keçiriləcək.
Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən 2020-ci il ərzində Qarabağa həsr olunmuş konsertlərin, muğam axşamlarının keçirilməsi və bu çərçivədə “Qarabağ muğam qrupu”nun Özbəkistanda çıxışı nəzərdə tutulub.

“Qarabağ mövzusu Rusiya prezidentinin, Xarici İşlər nazirinin diqqət mərkəzində qalır”


Bu arada Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko "Rossiya Seqodnya" agentliyinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsi haqqında da danışıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Andrey Rudenko deyib ki, Rusiya hər zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aktiv vasitəçi mövqeyi tutub. Onun sözlərinə görə, həlli gecikmiş münaqişənin nizamlanmasında tərəflərə köməklik göstərmək Rusiyanın xarici siyasət prioritetləri sırasındadır.
"Qarabağ mövzusu Rusiya prezidentinin, Xarici İşlər nazirinin diqqət mərkəzində qalır. Bu hal davam edən vasitəçilik fəaliyyətinə xüsusi əhəmiyyət verir və bu fəaliyyətin nəticələrinə artan diqqəti müəyyənləşdirir. Rusiyanın birbaşa köməyi ilə imzalanan sənədlər arasında hələ də atəşkəs üçün əsas olan 1994-cü il Atəşkəs Sazişi var. Ölkəmizin vasitəçilik səylərindəki vacib mərhələ 2008-ci ildə Moskva Bəyannaməsinin qəbul edilməsi oldu, hansı ki, bu sənəddə Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllindən bəhs olunur. Bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanan ilk və bu günə qədər yeganə sənəddir. Bildiyiniz kimi, Rusiya Azərbaycan və Ermənistanın Baş Qərargah rəislərini Moskvaya dəvət etməklə, 2016-cı ildə genişmiqyaslı hərbi əməliyyatların başa çatmasında da həlledici rol oynadı", - deyə Rusiya XİN başçısının müavini vurğulayıb.
A. Rudenko ölkəsinin fransalı və amerikalı tərəfdaşları ilə sıx təmasda vasitəçilik missiyasını həyata keçirdiyini də xatırladıb: "Ötən ilin aprel ayında Moskvada Sergey Lavrov tərəfindən həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü təşkil olunub. Görüşdə keçən il Vyanada İlham Əliyev və Nikol Paşinyan arasında əldə edilmiş razılaşmaların işlənib hazırlanması zamanı danışıqlar prosesinin yenidən başlamasına şərait yaradan konkret təkliflər ortaya qoyulub. Bunlar arasında münaqişə zonasında vəziyyətin daha da sabitləşməsi, tərəflərin ərazisində saxlanılan şəxslərin taleyinin asanlaşdırılması tədbirləri var. Media nümayəndələrinin qarşılıqlı səfərləri barədə razılığa gəlinib, nizamlanmanın bəzi əsas məsələlərinə baxılıb. Bu təkliflərin bir qismi həyata keçirilib. Sərhəddə və təmas xəttində vəziyyət nisbətən sakit olaraq qalır. İrəvanla Bakı arasında rabitə xətti var. Jurnalistlərin qarşılıqlı səfərləri həyata keçirilib. Əsirlikdə olan Zaven Karapetyan və Elvin İbragimov geri qaytarılıb. Digər məhkumlarla bağlı iş davam edir. Beynəlxalq Qırmızı Xaç Komitəsi bu prosesə cəlb olunub. İnanırıq ki, bütün bunlar tərəflərin əhalini sülhə hazırlamağa yönəlmiş konkret addımlar atmaq niyyətindən xəbər verir. Bu, xüsusilə Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin Cenevrədəki son iclasında da müzakirə edilib. Tərəflər güzəşt həlli axtarışlarını davam etdirməyə hazır olduqlarını bəyan edirlər. Bu münasibəti dəstəkləyirik. İşin davam etməsi üçün əsas var. Əsas siyasi iradə nümayiş etdirməkdir".

“Qarabağ danışıqlar mövzusu ola bilməz”

Milli Məclisin deputatı Tahir Rzayev isə SİA-ya açıqlamasında deyib ki, nəinki Paşinyan, Ermənistanın əvvəlki prezidentləri də həmişə Qarabağ məsələsində ikili mövqedən çıxış ediblər. Millət vəkili qeyd edib ki, onlar beynəlxalq təşkilatlarda, müəyyən görüşlərdə, ATƏT-in Minsk Qrupunun rəhbərləri, həmsədrlərlə görüşündə həmişə sülhün tərəfdarı olduğunu, Qarabağ məsələsinin sülh yolu ilə həll olunmasının tərəfdarı olduqlarını guya nümayiş etdiriblərsə də, əslində bu belə deyil.
“Onlar daimi olaraq ikili mövqedən çıxış edən adamlar olublar. Bu gün də Paşinyan bunu ifrat dərəcədə yerinə yetirir. Sərsəm bəyanatlarla, Qarabağa səfərləri ilə, erməni icması ilə görüşləri ilə sübut etməyə çalışır ki, o əsl vətənpərvərdir, guya Ermənistanın xalqını ürəkdən sevən bir adamdır. Əslində isə belə deyil və o vəzifə üçün gəlib və o heç lazım olan səviyyədə bir siyasətçi də deyil. Bu gün onun Qarabağa səfərləri də, eləcə də Qarabağın sülh yolu ilə həll olunmasına münasibətdə çıxışları da göstərir ki, bu insan özü-özünü idarə edə bilmir. Əlbəttə, bizim hamımıza məlumdur ki, Ermənistan bu gün idarə olunmayam bir respublikadır. Onlar diqtə ilə işləyirlər. Onlara havadarlıq edənlərin diqtəsi ilə işlədiklərinə görə bu ölkənin rəhbərlərinin vahid bir siyasəti, nə də vahid bir sözü ola bilməz. Hansı yolu onlara göstərirlərsə o yolla da gedirlər.
Bu gün Paşinyan Dağlıq Qarabağa gəlib onun müstəqil olduğunu göstərmək istəyir, amma danışıqlara gələndə deyir ki, Qarabağ əraziləri Ermənistana məxsusdur. İkili fikirlər söyləyir və beynəlxalq ictimaiyyəti aldatmaq niyyəti güdür. Bu adama nə tapşırılırsa o da deyir, amma bu adamın dəqiq fikirləri olmalıdır və onu da deməlidir. Lakin bu adam öz fikirlərini deyəsi deyil. Ona görə deyəsi deyil ki, Ermənistan özü, öz rəhbəri tərəfindən idarə olunan respublika deyil. Nə qədər ki, havadarları bu respublikaya nəzarət edəcəklər, bu rəhbərləri əllərində oynadacaqlar, onlar vahid bir fikrə gələ bilməyəcəklər. Bunu da onlardan gözləmək lazım deyil. Ona görə də Paşinyanın fikirləri absurddur, xəyaldır ki, bu respublika olacaq və bu da mümkün deyil. Çünki, Cənab Prezident bütün çıxışlarında deyir ki,Qarabağ danışıqlar mövzusu ola bilməz. Azərbaycanın bütövlüyü təmin olunmalıdır. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və biz hansı yolla olur-olsun, istər sülh, istərsə də hərb yolu ilə bu məsələni həll eləməliyik”, deyə Tahir Rzayev bildirib.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
14.09.2020
Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
03.09.2020
Jurnalistlər üçün onlayn formatda təlimlər təşkil olunacaq
01.09.2020
Baş Prokurorluq Əli Həsənovun cinayət işinə cəlb olunması xəbərlərinə aydınlıq gətirdi
28.08.2020
KİVDF-dəki qanunsuzluqlarla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir
02.07.2020
“Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
2 Narşərab salatı
3 Bu il övladlığa götürülən uşaqların sayı açıqlandı
4 Azərbaycanda bu gündən yaşı 65-dən yuxarı olanlara yaşayış yerini tərk etməmək tövsiyə olunur
5 Xudatda əsgər ailələrinə yardım paylanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info