Bu ilin yanvar ayında Azərbaycana gələnlərin sayı 18 faiz artıb
Tarix: 12.02.2020 | Saat: 13:08:00 | E-mail | Çapa göndər


Bu ilin yanvar ayında Azərbaycana səfər etmiş xarici vətəndaşların sayı 2019-cu ilin yanvar ayı ilə müqayisədə 35 min və ya 18.1 faiz artaraq 226 min nəfərə çatıb.
Dövlət Turizm Agentliyindən bildirilib ki, ən böyük artım həm də ən çox səyahətçilərin gəldiyi Rusiya və Gürcüstandan müşahidə olunub. Belə ki, Rusiyadan gələnlərin sayı 12 min və ya 20,5 faiz artaraq 68 min, Gürcüstandan gələnlərin sayı isə 8 min və ya 14,6 faiz artaraq 64 min olub. Həm Yaxın Şərqdən, həm də Türkiyədən müvafiq olaraq 20,8 və 12,1 faiz artımla hər birindən 24 min qonaq gəlib. Yaxın Şərq ölkələri arasında ən çox artım Səudiyyə Ərəbistanı (321.5 faiz və ya 5 min artım) və Küveytdən (73.7 faiz və ya 1.7 min artım) gələnlərin sayında müşahidə olunub.
İrandan gələn səyahətçilərin sayı 2019-cu illə müqayisədə 3 min və ya 26.5 faiz artaraq 13 min nəfər təşkil edib. Cənubi və Mərkəzi Asiyadan səyahət edənlərin sayı müvafiq olaraq 43 və 18.4 faiz artaraq hər biri 8 minə çatıb.
Əvvəlki aylarda olduğu kimi Cənubi Asiya region üzrə Hindistan (5 min; artım 80,2 faiz) və Pakistandan (3 min; artım 15.6 faiz) gələn səyahətçilərin sayı üstünlük təşkil edir.
Nümayəndəliklərin təsis olunduğu ölkələrdən (Çin, Hindistan, Rusiya, Almaniya, Səudiyyə Ərəbistanı, BƏƏ) 2020-ci ilin yanvar ayında 87 min (18.5 faiz artım) səyahətçi gəlib. BƏƏ nəzərə alınmadan nümayəndəlikləri olan ölkələrdən gələnlərin sayında 23,8 faiz artım müşahidə olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
28.02.2020
Qazaxıstanda Azərbaycan turizminə böyük maraq var
27.02.2020
Dövlət Turizm Agentliyi və UNESCO arasında əməkdaşlıq müzakirə olunub
27.02.2020
Dövlət Turizm Agentliyinin ölkə vətəndaşlarına və turoperatorlara müraciəti
25.02.2020
Azərbaycan və İtaliya arasında qarşılıqlı turist axını gücləndiriləcək
20.02.2020
İƏT Qəbələni 2020-ci il üçün Turizm şəhəri elan edib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
2 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
3 Çin xəstəxanalarından 36117 pasiyent yeni növ koronavirusdan sağalaraq evə buraxılıb
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Avar Xəngəli – beləsini hələ görməmişdiniz-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info