Yol hərəkəti qaydalarını pozan əcnəbilər cərimə ödəmədən ölkədən çıxa bilməyəcək
Tarix: 12.02.2020 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ölkəmizə gəldiyi, yaxud Azərbaycanda icarəyə götürdüyü avtomobillərlə yol hərəkəti qaydalarını pozaraq cəriməni ödəmədən ölkədən çıxması hallarının qarşısı alınacaq.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bu məqsədlə respublikanın bütün sərhəd məntəqələrində Baş DYP İdarəsi tərəfindən 5 dildə hazırlanmış buklet və plakat formasında olan xüsusi bildirişlərin paylanılmasına başlanılıb.
Azərbaycan Respublikasının ərazisində yol hərəkəti qayda pozuntularına xüsusi texniki vasitələrin köməyi ilə nəzarət edildiyi üçün inzibati xətaya yol vermiş şəxslərin barəsində iştirakları olmadan elektron qərar çıxarılması, cərimə ödənişləri ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və dəbbə pulu, habelə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 17.1.7-ci maddəsinin tələblərinə əsasən ölkəmizin ərazisində inzibati xəta törətmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin barələrində inzibati tənbeh tədbirləri icra edilənədək onların 2020-ci il fevralın 13-dən başlayaraq Azərbaycan Respublikasından getmələri müvəqqəti məhdudlaşdırılacaqdır.
Buklet formalı bildirişlər sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələri ilə ölkəyə daxil olan sürücülərə paylanılır, plakatlar isə həmin məntəqələrdə yaxşı oxuna bilən yerlərdən asılıb.
Həmçinin ilin əvvəlində xarici ölkə vətəndaşlarına tətbiqi nəzərdə tutulan qanunvericiliyin tələbləri barədə məlumat çatdırılması məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə Səfirliklərə müraciət edilib.




 
Bölməyə aid digər xəbərlər
28.02.2020
Nazirlər Kabineti yanında Qərargah vətəndaşlara müraciət edib
28.02.2020
“Bütün xəstəxanalara qoruyucu vasitələr verilib“
28.02.2020
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
28.02.2020
ASCO-da koronavirusla bağlı “qaynar xətt“ və qərargah fəaliyyətə başlayıb
28.02.2020
Azərbaycanda koronavirusa ilk yoluxma halı qeydə alınıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
2 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
3 Çin xəstəxanalarından 36117 pasiyent yeni növ koronavirusdan sağalaraq evə buraxılıb
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Avar Xəngəli – beləsini hələ görməmişdiniz-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info