Ceyhun Əhmədli: “9 fevralda dünya standartlarına cavab verən seçki prosesinin şahidi olduq”
Tarix: 13.02.2020 | Saat: 14:12:00 | E-mail | Çapa göndər


“Beynəlxalq və yerli müşahidəçilərin müsbət rəyləri də təsdiqləyir ki, ölkədə tam demokratik, şəffaf və azad seçki keçirildi”


“Xalq öz iradəsini ortaya qoyaraq Prezidentin islahatlar kursunu dəstəklədiyini göstərdi”

Fevralın 9-da Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri bir daha onu göstərdi ki, ölkəmiz demokratiya istiqamətində irəliyə doğru daha bir əhəmiyyətli addım atdı. Seçkilərə hazırlıq prosesindən tutmuş, budəfəki marafona qatılanların arasında gənc namizədlərin daha çox təmsil olunması, müxalifətin də bu proseslərdə aktiv iştirakı və ən əsası bütün namizədlər bərabər imkanların yaradılmasına kimi hər şey Azərbaycanda siyasi aktivliyin ideal səviyyədə olmasından xəbər verirdi. Artıq seçkilər sona çatıb və daha bir demokratik seçki yaddaşlara həkk olundu. Onu da qeyd edək ki, Azərbaycanda parlament seçkilərində indiyə kimi heç vaxt 1300-dən çox namizəd iştirak etməmişdi. Təkcə bu faktın özü parlament seçkilərinin necə rəqabət şəraitində keçirildiyinin göstəricisidir.
Qısası, parlament seçkiləri bir daha onu göstərdi ki, əsas məqsəd demokratik inkişafın təmin edilməsidir.

“Hər bir namizəd öz dairəsində açıq görüşlər keçirdi, azad şəkildə istədiyi siyasi fikirlərini, çağırışlarını bəyan etdi hətta, bəziləri hakimiyyəti də açıq tənqid etdi. Bütün bunlar isə yaradılan bərabər imkanların, demokratik mühitin bariz nümunəsi sayıla bilər”

“Palitra”ya açıqlama verən politoloq Ceyhun Əhmədli bildirdi ki, son günlərin ölkə gündəminə çevrilmiş növbədənkənar parlament seçkilərinin yalnız nəticələrini deyil, seçki gününə qədər olan bütün proseslər Azərbaycanın siyasi tarixində müsbət məqamları ilə yadda qalacaq. O qeyd etdi ki, hər bir namizəd öz dairəsində açıq görüşlər keçirdi, azad şəkildə istədiyi siyasi fikirlərini, çağırışlarını bəyan etdi hətta, bəziləri hakimiyyəti də açıq tənqid etdi. Bütün bunlar isə yaradılan bərabər imkanların, demokratik mühitin bariz nümunəsi sayıla bilər.
Səsvermə günü isə seçkilər çox müsbət şəkildə keçirildi.
Buna bariz nümunə isə müşahidəçilərin mütləq əksəriyyətinin seçkiləri çox müsbət qiymətləndirməsidir:
“Bu parlament seçkilər ölkəmizdə 2018-ci ilin aprel ayından etibarən başladılmış böyük bir prosesin məntiqi davamı idi. Seçkilərin nəticələrinə gəldikdə isə hər bir namizəd azad şəkildə, istədiyi təbliğat-təşviqat kampaniyasını apara bildi. Onlara qarşı hansısa maneçilik, ya da digər arzuolunmaz hallar yaranmadı. Yəni, seçki marafonu dönəmində görmək istəmədiyimiz neqativ hallarla qarşılaşmadıq. Hər kəs onun şahidi oldu ki, bütün namizədlərə bərabər şəkildə kampaniya aparması üçün zəruri şərait yaradıldı. Sosial şəbəkələrdən tutmuş, mediaya qədər aparılan monitorinqlərdən də görürdük ki, ölkədə tam demokratik, azad seçki mühiti var idi”.
Siyasi şərhçi onu da bildirdi ki, beynəlxalq missiyanı təmsil edənlərin seçkilərin nəticələrini müsbət qiymətləndirməsində xalqın ortaya qoyduğu mövqeyin böyük rolu oldu: “Səsvermə prosesinə gəldikdə isə bu seçkidə də Azərbaycan xalqı öz iradəsini ortaya qoyaraq Prezidentin islahatlar kursunu dəstəklədiyini göstərdi. Beynəlxalq missiyanı təmsil edən 58 müxtəlif ölkədən gəlmiş 800-dən artıq nümayəndə Azərbaycanda bu prosesləri diqqətlə izlədi. Bu da seçkilərə olan maraqdan xəbər verirdi. Sonda isə beynəlxalq missiyanın təmsilçilərinin də müşahidələri müsbət notlara kökləndi. Beynəlxalq və yerli müşahidəçilərin müsbət rəyləri də təsdiqləyir ki, ölkədə tam demokratik, şəffaf və azad seçki keçirildi, nəticələri xalq da qənaətbəxş sayır. Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var və 9 fevralda dünya standartlarına cavab verən, bir çox ölkələrə örnək olunası seçki prosesinin şahidi olduq”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
26.02.2020
“Biz Fransa və Almaniya deyil, İranın iştirak edəcəyi bir format düşünürük“
25.02.2020
Parlament seçkiləri Azərbaycanda tarixində mühüm bir hadisə oldu
25.02.2020
“Azərbaycanın İtaliya ilə sıx əməkdaşlığı Avropa İttifaqı ilə əməkdaşlığın genişlənməsinə yol açır”
25.02.2020
Xocalı faciəsində erməni tərəfinin fəaliyyətinə bəraət qazandıran hər kəs mühakimə olunmağa layiqdir
24.02.2020
İnsanlıq tarixinin ən böyük qətliamı Qarabağda törədilib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
4 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
5 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info