Özbəkistanda “Qarabağ Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihə çərçivəsində təqdimat mərasimi keçirilib
Tarix: 13.02.2020 | Saat: 14:47:00 | E-mail | Çapa göndər


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Qarabağ: Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət tədbirlərinə start verilib.
Bununla əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində “Hər anımız Vətən! – desin!” adlı sərginın açılışı olub.
Sərgidə Azərbaycan, ölkəmizin Qarabağ diyarı, bu bölgənin tarixi, mədəniyyəti, abidələri, işğaldan əvvəl və sonrakı vəziyyətə dair fotoşəkillər nümayiş etdirilib, Qarabağa, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycan, özbək və rus dillərində kitablar, jurnallar və digər nəşrlər sərgilənib.
Qeyd edək ki, tədbirdə Daşkənddəki orta məktəblərin çoxsaylı müəllim və şagird heyəti, ali məktəblərin təmsilçiləri, jurnalistlər iştirak ediblər.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov öncə Azərbaycan-Özbəkistan dostluğu, xalqlarımızın yaxınlığı, dövlətlərimiz arasındakı yüksək səviyyəli münasibətlər haqqında danışıb.
Diplomat hər bir insan qəlbində torpaq və yurd sevgisinin ən böyük sevgi olduğunu söyləyərək, gələcək nəsillərə Vətənə məhəbbət və sədaqətin aşılanmasının vacib olduğunu bildirib.
Samir Abbasov Azərbaycan mədəniyyətinin beşiyi olan Qarabağ diyarı, onun tarixi, adət-ənənələri, bugünkü vəziyyəti haqqında məlumat verib. Min illərdir ulu əcdadlarımızın bu torpaqda yaşayıb, böyük tarix və mədəniyyət yaratdığını qeyd edən Samir Abbasov Qarabağın Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən danışıb, böyük bir tarixin, mədəniyyətin saxtalaşdırılmasının, dağıdılmasının yolverilməz olduğunu vurğulayıb. O, il ərzində Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihə çərçivəsində çoxsaylı tədbirlərin reallaşdırılacağını bildirib.
Özbəkistanın Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin təmsilçisi, pedaqoq Şaxnoza Nurbekova, Qadın və uşaq Komitəsinin eksperti, pedaqoq Rano Kadırova Özbəkistan-Azərbaycan dostluğu, vətənə və torpağa məhəbbət, Azərbaycan xalqının Qarabağda yaratdığı böyük mədəniyyət, Azərbaycan mədəniyyətinin incisi - Şuşa, dahi Üzeyir Hacıbəyov, Xan Şuşinski, Bülbül kimi şəxsiyyətlərin bütün dünyada tanınıldıqlarını və sevildiklərini qeyd ediblər.
Natiqlər vətənə məhəbbətin bütün hisslərin ən ülvisi, ən müqəddəsi və ən gözəli olduğunu qeyd edərək, əsl vətəndaş üçün torpağın, ana yurdun müqəddəs olduğunu söyləyiblər.
Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İKT Mərkəzi tərəfindən hazırlanmış eyni adlı sayt təqdim edilib, uşaq və yeniyetmələr üçün dünyanın müxtəlif muzeylərində Azərbaycanın Qarabağ diyarına dair saxlanılan maraqlı, tarixi eksponatlarla, xalçalarla, geyimlərlə tanışlıq məqsədi ilə virtual tur keçirilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı Qarabağa dair rəqslər ifa etmiş, çıxış iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
Bununla da Özbəkistanda “Qarabağ Azərbaycan mədəniyyətinin beşiyi” adlı
layihəyə start verilib.
Qeyd edək ki, layihə çərçivəsində “Azərbaycanın Qarabağ diyarı - Özbəkistan rəssamlarının gözü ilə” adlı rəsm müsabiqəsi və sərgisi, habelə “Könlüm keçir Qarabağdan” adlı şeir müsabiqəsinin keçirilməsini nəzərdə tutulub.
Mərkəz müsabiqə çərçivəsində hər iki ölkənin şairlərinin və həvəskar şeirsevərlərin Qarabağa həsr etdikləri ən maraqlı və gözəl şeirlərinin, poemalarının seçilməsi, habelə onların nəşrini planlaşdırır.
Bundan başqa, sözügedən mövzuda tədqiqat əsərlərinə, yerli mətbuatda çoxsaylı məqalələrin dərc edilməsinə dəstək göstəriləcək, il ərzində Özbək, rus və Azərbaycan dillərində kitabların, videoroliklərin, filmlərin subtitrla hazırlanması, habelə qardaş ölkədə Qarabağa həsr olunmuş konsertlərin, muğam gecələrinin təşkili nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
28.02.2020
Nazirlər Kabineti yanında Qərargah vətəndaşlara müraciət edib
28.02.2020
“Bütün xəstəxanalara qoruyucu vasitələr verilib“
28.02.2020
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
28.02.2020
ASCO-da koronavirusla bağlı “qaynar xətt“ və qərargah fəaliyyətə başlayıb
28.02.2020
Azərbaycanda koronavirusa ilk yoluxma halı qeydə alınıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
2 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
3 Çin xəstəxanalarından 36117 pasiyent yeni növ koronavirusdan sağalaraq evə buraxılıb
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Avar Xəngəli – beləsini hələ görməmişdiniz-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info