Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
Tarix: 13.02.2020 | Saat: 14:50:00 | E-mail | Çapa göndər



Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Tovuz rayonunda vətəndaşları qəbul edib.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, ASC-nin sədri Əhməd Əhmədzadə fevralın 13-də Tovuz şəhərində Tovuz və Şəmkir rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Qəbuldan əvvəl Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə və Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə Tovuz Suvarma Sistemləri İdarəsinin inzibati binasında Tovuz və Şəmkir rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib.
Müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi, nov kanallarının qurulması, nasos stansiyaların tikintisi, yeni subartezian quyularının qazılması, suvarma kanallarının beton üzlüyə alınması, həmçinin Cəmiyyətin səlahiyyətlərinə aid olmayan müxtəlif məsələləri əhatə edib.
Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, eyni gündə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri Rafiq Aslanov Ağstafa rayonunda, Zakir Quliyev isə Qazax rayonunda vətəndaşları fərdi qaydada qəbul edib, onların müraciət və şikayətlərinə baxılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.02.2020
Dövlət Bahçeli: Xocalıda axan qanın hesabının cəlladlardan soruşulması tarixi məcburiyyətdir
25.02.2020
“Ermənistan hələ də Rusiyanın köləliyindən xilas ola bilməyib”
25.02.2020
Özbəkistanda “Qarabağ ədəbiyyatı” məktəbinin tanınmış siması
24.02.2020
Ermənistan Konstitusiya Məhkəməsinin sədri Paşinyanı məhkəməyə verib
24.02.2020
Rus auditorlar Türkiyə üzərində uçuş reallaşdıracaqlar

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
4 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”
5 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info